Braziliya mətbuatı: Juninyonun Sevilyaya keçməkdən imtina etməsi Qarabağı qıcıqlandırıb
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın hücumçusu Juninyonun “Flamenqo”ya mümkün transferi ilə bağlı yaranmış vəziyyətin bəzi təfərrüatlar məlum olub.
Sportal.az “Coluna do Fla” portalına istinadən xəbər verir ki, Braziliya klubu Ağdam təmsilçisinə 4 milyon avroluq rəsmi təklif göndərib və hazırda Azərbaycan çempionundan cavab gözləyir.
Bildirilir ki, artıq Juninyonun özü ilə razılıq əldə olunub, Braziliya klubunun baş məşqçisi Filipe Luis ona layihəsi barədə danışaraq onu “Sevilya”ya keçmək fikrindən daşındırıb.
Artıq tərəflər 3 illik müqavilə imzalamaq barədə razılığa gəliblər.
"Flamenqo" 28 yaşlı forvardın ABŞ-dakı mövsümöncəsi məşqi zamanı yeni transferi təqdim etməyi planlaşdırırlar. Lakin Braziliya mətbuatında o da qeyd olunur ki, Juninyonun "Sevilya"ya keçməkdən imtina etməsi "Qarabağ" rəhbərliyini qıcıqlandırıb və buna görə də bu keçidi asanlaşdırmayacağına söz verir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















