Icma.az
close
up
RU
Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın.

Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. Bəzən isə körpə uşaqlarda belə süd dişlərinin əyri çıxması halları müşahidə edilir.

Dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan inkişaf edib.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən stomatoloq Ramil Yusubovun sözlərinə görə, daimi dişlər 12-14 yaşda tam çıxaraq tamamlanır. Bu dövrdən 40-45 yaşa qədər insanlarda breketlərdən istifadə edərək diş əyriliyini bərpa etmək mümkündür: "Ancaq bəzi yaşlı insanların damaqlarında diş əti qaçmış və ya dişin 1/3 hissəsinin sümükdə yerləşməsi kimi paradonit hallar olur ki, belə dişlərə breket tətbiq etmək olmur”.

Mütəxəssisin sözlərinə görə, breket qoymaqda məqsəd diş cərgəsində olan problemləri aradan götürməkdir.

"Bəzən erkən yaşlarda çənə-sümük sisteminə də təsir etmək mümkün olur. Çənə-sümük sistemindəki problemlərə praqmatiya, alt çənənin nisbətən önə çıxması, üst çənənin inkişafdan geri qalması və s. hallar daxildir. Ancaq sümük formalaşdıqdan, yəni 18-20 yaşdan sonra breket çənə-sümük sisteminə çox da effektiv təsir etmir. Ancaq diş cərgəsini düzəltmək mümkün olur”, - deyə R.Yusubov bildirib.

Stomatoloqun sözlərinə görə, hazırda istifadə edilən breketlər daha keyfiyyətli və daha rahatdır: "Öncələr yalnız uşaqların diş forması düzəldilirdi. Bir az yaş artıqdan sonra bu, mümkün olmurdu. Ancaq hazırda 40 yaşlı pasiyentin də diş cərgəsində olan əyrilikləri bərpa etmək mümkündür”.

"Bəzən dişləri düzəldikdən sonra yenidən əyilmə hallarına rast gəlinir, bu nədən irəli gəlir” sualını da cavablandıran stomatoloq hər bir patoloji prosesin yaranma səbəbinin olduğunu vurğulayıb: "Dişin əyriliyini yaradan səbəbi aradan götürmədən düzəltsək, həm nəticəni gec əldə edəcəyik, həm də dişlər yenidən əyilər. Yəni residiv baş verər.
Məsələn, pasientdə hər hansı burun boşluğundakı problemlərdən yaranan rahat tənəffüs etməmək halları çənədə bir sıra qüsurlara səbəb olur. Pasient rahat nəfəs üçün ağızla nəfəs alır, bu zaman ağız boşlugundakı hava axını rahat olsun deyə dili yuxarı damağa söykənir, bunun hesabına əng sümüyü irəli doğru inkişaf edir. Vaxtında valideyn bu vəziyyətə müdaxilə etsə, ağız boşluğundakı problemin də qarşısı alınar”.

Bundan əlavə, stomatoloq uşaqlarda dişlərin əyri çıxmasının səbəblərindən də bəhs edib: "Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.

16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da, sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir”.

Ramil Yusubov diş əyriliyinin səbəbinin genetik faktorlardan da asılı ola biləcəyini qeyd edərək, uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edib.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri