Icma.az
close
up
RU
Breket istifadəsi ilə bağlı doğru bilinən YANLIŞLAR, QİYMƏTLƏR Həkim AÇIQLADI

Breket istifadəsi ilə bağlı doğru bilinən YANLIŞLAR, QİYMƏTLƏR Həkim AÇIQLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Breketlər əsasən ortodontik (orto - düz, dent-diş) qüsurlu dediyimiz dişlərə qoyulur. Əslində, bu ixtisas diş həkimliyinin bir bölümü olub. Ortodontik qüsur sonradan qazanılır. Çünki biz ana bətnindən dişsiz doğuluruq və süd dişlərimizin çıxdığı vaxtda demək olar ki, belə bir problem olmur".

Bunu Redaktor.az-a açıqlamasında stomatoloq-implantoloq Dr. Mətləb Ələsov breketə ehtiyacı olan dişlərdən danışarkən deyib.

O, bu problemin yaranmasına səbəb olan amilləri sadalayıb:

"Ortodontik problemlərin yaranmasına həm genetik faktorlar, həm də məişət məsələləri, yəni bizim qidalanmağımız və keçirdiyimiz hər hansı bir xəstəliklər səbəb ola bilər. Bunların başında ilkin olaraq uşaqların fiziki passivliyi gəlir. Ağız tənbəlliyi də deyilən bu problem ağız aparatının, üz, skelet və əzələ strukturunun natamam inkişaf etməsidir. Bu zaman uşaqların üz quruluşunda xırda üzlülük - üz parametrlərinin xırda olması və inkişaf etməməsi əmələ gəlir. Genetik olaraq hər bir şəxsin dişlərinin  özünəməxsus proporsionallığı var. Yəni mərkəzi və arxa dişlərin ölçüləri, formaları hamısı genetikdir. Bəzən genetik olaraq iri dişlərə sahib olan insanlarda qidalanma vərdişlərinin olmaması, sərt qidalardan istifadə etməmək, uşaq yaşlarından ağız əzələsini işlətməməsi səbəbilə skeletlərdə böyüməmə baş verir. Sonradan daimi dişlər ağız boşluğunda çıxdığı zaman iri proporsiyada olduğu üçün çənə darağına sığmır və dişlər bir-birinin yanında və ya üstündə çıxmağa başlayır. Buna səbəb natamam inkişafdır".

Həkimin sözlərinə görə, müasir həyatda uşaqların həddindən artıq yumşaq qidalanması natamam inkişafa gətirib çıxarır:

"Bizim bu gün istər evdə, istər çöldə qida rasionumuzu dolduran qidaların 99 faizi çox yumşaq qidalardır. Meyvələri uşaqlarımıza doğrayaraq veririk, gənclər  bozbaş, kəllə paça və s. tipli qidalardan yayınırlar, yumşaq şəkərlərdən,  un məmulatlarından daha çox istifadə edirlər. Digər bir problem də süd dişlərin zamanından tez itirilməsi ilə bağlıdır. Süd dişlərinin həm çeynəmə, həm də daimi dişlərə yer hazırlamaq funksiyası var və hətta çənənin inkişafının böyüməsində də çox böyük əhəmiyyətə malikdir. Bir uşaq 12 yaşında və ya 9 yaşında dəyişməli olduğu süd dişini 3, 4, 5 yaşında itirəndə valideynlərdə çox fərqli və yanlış fikir formalaşıb ki, bu süd dişidir və bunu nə zaman çəksək, yerinə yeni diş gələcək. Halbuki belə deyil.  Mən hər zaman valideynlərə  tövsiyə edirəm ki, internet resursları üzərindən övladları üçün araşdırma etsinlər. Süd dişlərinin daimi dişlərə yerini buraxma zamanı hər bir diş üçün individualdır. Bu cədvəli internetdən çıxardaraq gözlərinin tez görəcəyi bir yerə assınlar və uşaqların dişlərini dəyişmə zamanına nəzarət etsinlər".

M.Ələsov qeyd edib ki, günümüzdə süd dişlərinin çürüməsinə səbəb uşaqlarda gigiyenanın çox aşağı olmasıdır. Yəni dişləri təmizləmə, fırçalama vərdişlərinə sahib olmamaları və ya zəif olmasıdır:

"Bununla yanaşı, karbohidratlı qidalar, un və şəkər məmulatlarının istifadəsi də dişlərdə karioz boşluğunun tez əmələ gəlməsinə və sonradan tam olaraq çürüməsinə gətirib çıxardır. Çox təəssüf ki, bizdə uşaq stomatologiyası ilə bağlı inkişaf tam da yüksək səviyyədə deyil. Hərçənd bununla məşğul olan klinikalar və peşəkar həkimlər var, amma yayğın deyil. Bu bazarın inkişaf etməməsinə səbəb valideynlərin uşaqlarının dişlərini  zamanından tez itirməməsi üçün dişlərin üzərinə düşməməsi və tələbatın olmamasıdır. Olduğu təqdirdə belə, uşaqların diş müalicələri çox bahalı prosedurlardır,  bəzən valideynlər də bunu ödəmək istəmirlər. İstənilən  sahə oradakı tələbata görə inkişaf edir və uşaq dişlərinin müalicəsi ölkəmizdə çox inkişaf etməyib. Hərçənd biz sedasiya ilə bu müalicəni edirik və valideynləri maarifləndirməyə çalışırıq ki, uşaqların dişlərinin müayinəsini ən azı altı aydan bir etdirsinlər".

Stomatoloq bildirib ki, uşaq  süd dişini zamanından tez itirdiyi üçün digər dişlərin həmin boşluğa doğru əyilməsi olur və yaxud onun qonşu bölgəsində yerləşən daimi diş çıxdığı zaman vaxtından tez düşən süd dişinin yerinə doğru hərəkət edir:

"Beləliklə, həmin süd dişinin yerinə çıxacaq daimi dişin çıxması üçün yer qalmır ki, bu da gələcəkdə dişlərin əyriliyi ilə nəticələnir. Dişlərin estetik olaraq əyriliyinin yanında disfunksionallığı da problemdir. Bu, yanlış dişləm formasına gətirib çıxardır və yeyərkən qidanın yaxşı əzilməməsi, dişlərin arasında yığılıb qalması baş verir. Bunun da yanında, təbii ki, tələffüs problemləri yaranır. Breketlər bu hallarda əyri dişlərin üzərinə tətbiq edilə bilir. Əslində, breketlərin icadı təkmilləşərək gedir. Artıq müasir zamanımızda "elayner" deyilən konsepsiyalar var ki, breketlərdən funksional və estetik olmalarına görə çox fərqlənir. Elaynerlər dişlər üzərinə keçirilən şəffaf neylon kaplamalardır. Bu, dişlərin hərəkətliliyini təmin edərək onları daha doğru pozisiyaya gətirmək üçün tətbiq edilən konstruksiya və ortodontik müalicə metodudur". 

Həkim breketlərlə müalicə üsulunun müddətindən də bəhs edib:

"Breketlərlə müalicənin müddəti, əslində, qüsurun həcminə, sinfinə  görə dəyişir.  Dişin qüsurundan asılı olaraq 6 ayla 3 il arasında dəyişir. Təbii ki, burada  düzgün metodika və protokoldan istifadə olunarsa, qısa zamanda başa gələ bilər. Breketlərin müalicəsinin bitməsi dişlərin tək sırasının düzəlməsi ilə bitən bir şey deyil.  Burada əsas şərt dişlərin hər birinin öz antoqonisti - tərəf müqabili ilə kontakta gətirilməsidir. Pasientlərin breket müalicəsindən sonra ən çox şikayət etdiyi "breketlərim söküləndən sonra dişlərim təkrar əyildi" məsələsidir. Bunun da başlıca səbəbləri müalicənin natamam dayandırılmasıdır. Dişlərin öz antaqonistləri ilə düzgün təmas nöqtələri olmalıdır, əks təqdirdə ağac quruluşunda belə bir şey var ki, dişlər öz əksi olan dişlərə dəymək istəyir. Əgər dəyəcək bir yer tapmırlarsa, dəyəcəkləri nöqtəyə doğru hərəkət edirlər. Bu bizim ağız boşlumuzun, çənə sümümüzün və dişlərimizin fiziologiyası və biomexanikasıdır".


M.Ələsov breket qiymətlərinin individual olduğunu qeyd edib:

"Pasiyentlərin çox fərqli bir yanaşma tərzi var və bu fikirlərin formalaşmasında günahkar, əslində, həkimlər və yaxud həkim kimi xidmət göstərən qeyri-həkimlərdir. Azərbaycanda xeyli sayda diplomsuz, təhsilsiz həkimlərin olması gündəmdədir. Belə həkimlərin də təbii ki, qeyri-peşəkarlığından, ötürdükləri "məlumatlar"dan dolayı insanlarda bir vizion yaranıb ki, brektin qiymətini soruşurlar. Əslində, breketin qiyməti olmur. Breket sadəcə bir avadanlıqdır, materialdır. Dişlərin üzərinə yapışdırılır, üzərinə qüvvələr tətbiq edilərək dişləri olduğu yerindən istənilən yerə doğru aparmaqdır. Bir sözlə, bu işi görən həkimin savadı, bilgisi, təcrübəsi peşəkarlığıdır. Buna görə də burada  təkcə breketin qiyməti olmur, xidmətin, müalicənin də qiyməti olur". 

Diş həkimi deyib ki, standart olaraq bizdə breket xidməti ilə müalicə 1500 manatdan başlayır və 8000 - 10000 manat arasında dəyişə bilir. Burada müasir materiallardan, brend məhsulların rolu var:

"Çünki bununla məşğul olan firmalar var ki, 30, 40, 50 il araşdırma edirlər, yeni texnikalar icad edir və ona uyğun material istehsal edirlər. Bazarda ən çox Amerika, Almaniya və Yaponiyanın məhsulları çox məşhurdur. Söhbət peşəkarların istifadə etdiyi materiallardan gedir ki, qiymətləri 200,  300, 500 avronun üstündədir. Çin bazarından idxal olunan breketlər var ki, qiyməti 15 manatdan başlayır. Simlərin isə qiyməti bir manatdan başlayır. Pərakəndə satışı, topdan satışı 40-50 qəpikdən başlayan materiallar belə var və bəzi həkimlər bunlardan istifadə edir. Hər bir materialın özünün protokolu var və peşəkarcasına, mikroskop altında çox yüksək texnologiyadan istifadə olunmalıdır. Çünki orda millimetrin yüzdə biri qədər fərq olduğu zaman nəticədə özünü göstərir. Təhsili olan, müasir avadanlıqları və yenilikləri izləyən bir həkim hər zaman işini protokola uyğun, riyazi hesablamalarla aparır. Əgər hər hansı bir materialda qüsur olarsa, nəticə istənilən kimi alınmır. Bu materiallarla işləyib uğurlu nəticə əldə etmək istəyən "mütəxəssislər"i və həkimdən yüksək performans gözləyən pasiyentləri nələr gözləyir? Əgər çənədə hər hansı bir əyrilik varsa, qüsur çox xırdadırsa, qiymət 1500 - 3000 manat arası dəyişir. Amma daha ağır qüsurlarda fərqli yanaşmalar və aparatlar istifadə olunduğu üçün həkimlərin hər birinin ayrı özünəməxsus qiymətləri olur".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see128

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see120

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see118

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri