Icma.az
close
up
RU
Brend məhsulların qiyməti belə müəyyən edilir Detallar

Brend məhsulların qiyməti belə müəyyən edilir Detallar

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəlif:Gülbəniz Hüseynli/Banco.az

Brend məhsulların qiyməti bir çox amillərin birgə təsiri ilə müəyyən edilir. Bu amillər məhsulun keyfiyyəti, tanınmışlığı, istehsal dəyəri və bazar şərtləri kimi müxtəlif göstəricilərə əsaslanır.

Banco.az xəbər verir ki, məhsulun keyfiyyəti və  materialı qiyməti müəyyən edən əsas faktorlardandır.

Brend məhsulları yüksək keyfiyyətli xammaldan hazırlanır. İstifadə edilən materialların keyfiyyəti və istehsalda tətbiq olunan texnologiyalar məhsulun qiymətini artırır. Yüksək keyfiyyət isə istehlakçının həmin məhsulu almaq üçün daha çox pul ödəməyə hazır olması ilə nəticələnir.

Brendin tanınmışlığı və imajı

Daha tanınmış brendlər öz nüfuzlarını qiymətlərinə daxil edirlər. Prestijli brendlər istehlakçılar üçün sadəcə bir məhsul deyil, həm də sosial status göstəricisi kimi qəbul edilir. Bu isə həmin məhsulların daha yüksək qiymətlə satışını mümkün edir.

Ən sərfəli kredit üçün müraciət et

İstehsal və paylama xərcləri

Brend məhsulun istehsalına çəkilən xərclər, o cümlədən işçi qüvvəsi, texnologiya və avadanlıqların dəyəri, qiymət formalaşmasında əsas rol oynayır. Eyni zamanda, məhsulun paylanması və logistik xərclər də qiymətə əlavə olunur. Xüsusilə beynəlxalq brendlərdə logistik xərclərin təsiri daha çox hiss olunur.

Rəqabət və hədəf bazar

Məhsulun qiyməti bazarda olan rəqiblərin oxşar məhsulları ilə müqayisə edilərək müəyyən edilir. Brendlər, adətən, rəqiblərindən fərqlənmək və üstünlük əldə etmək üçün qiymətlərini daha yüksək təyin edirlər. Bununla yanaşı, məhsulun satılacağı bazarın istehlak gücü və seqmenti də nəzərə alınır.

Eksklüzivlik və məhdud buraxılış

Brend məhsulların qiymətində eksklüzivlik və məhdud buraxılış mühüm rol oynayır. Xüsusi kolleksiyalar, tədbirlər üçün buraxılan məhsullar və məhdud sayda istehsal edilən modellər daha yüksək qiymətlə satışa çıxarılır.

Emosional və simvolik dəyər

Brend məhsullar funksional dəyərdən əlavə emosional və simvolik dəyər də yaradır. Prestijli bir saat və ya çanta, sahibinə sosial status qazandırdığı üçün qiyməti daha yüksək ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri