Brent markalı neftin qiyməti bir barel üçün 79,01 dollara düşüb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Çərşənbə günü səhər saatlarında ABŞ və İran arasında sülh danışıqlarında irəliləyiş olacağına dair ümidlər fonunda neft qiymətləri enişini davam etdirir.
Bu barədə Oxuməni az "İnterfaks"a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri bir barel üçün 79,01 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,35 dollar (0,44%) aşağıdır. Çərşənbə axşamı qiymətlər 4,41 dollar (5,3%) azalaraq 79,36 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin sentyabr fyuçersləri isə 0,49 dollar (0,65%) ucuzlaşaraq bir barel üçün 75,28 dollar təşkil edib. Ötən sessiyanın yekununda onların dəyəri 4,57 dollar (5,7%) azalaraq 75,77 dollara enmişdi.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















