Icma.az
close
up
RU
Britaniyada Alzheymeri erkən aşkarlayan yeni beyin müayinəsi texnikası hazırlanıb

Britaniyada Alzheymeri erkən aşkarlayan yeni beyin müayinəsi texnikası hazırlanıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 26 may, AZƏRTAC

Böyük Britaniyalı alimlər Alzheymer xəstəliyini hələ simptomlar başlamadan əvvəl müəyyən edə bilən yeni beyin müayinəsi texnikası hazırlayıblar.

AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, dünyada ilk dəfə tətbiq olunan bu üsul beyin hüceyrələrinin strukturunu təhlil edərək xəstəliyin erkən mərhələlərində təsirlənən kortikal bölgələrdəki incə dəyişiklikləri müəyyən edə bilir. Hazırda demensiya və oxşar xəstəliklərin diaqnozu adətən yaddaş problemlərini müəyyən edən testlərə və beyində həcm itkilərini göstərən MRT müayinələrinə əsaslanır. Bu isə çox vaxt xəstəliyin artıq irəlilədiyi mərhələdə diaqnozun qoyulması ilə nəticələnir.

“Kortikal nizamsızlıq ölçümü” (cortical disarray measurement) adlanan bu yeni üsul MRT görüntülərini təhlil edən xüsusi proqram təminatından istifadə edərək neyrodegenerasiyanın daha incə əlamətlərini aşkarlayır.Tədqiqatçılar bu dəqiq diaqnostika alətinin demensiyadan narahat olan milyonlarla insan üçün ümid işığı ola biləcəyini bildiriblər. Yeni üsulun tətbiqi sayəsində Alzheymer xəstəliyinin daha erkən aşkarlanaraq müalicəyə başlanması mümkün ola bilər.

Britaniyanın “Oxford Brain Diagnostics” şirkəti artıq bu texnologiyanı tətbiq etmək üçün rəsmi sertifikat alıb və hazırda onu özəl səhiyyə müəssisələrində istifadəyə vermək məqsədilə danışıqlar aparır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri