Britaniyada enerji haqları 7 faiz ucuzlaşacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 25 fevral, AZƏRTAC
Böyük Britaniyada enerji haqları aprel ayından etibarən 7 faiz ucuzlaşacaq.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə ölkənin enerji bazarını tənzimləyən qurum olan “Ofgem” məlumat yayıb. Qərar hökumətin enerji ödənişləri ilə bağlı dəyişikliklərindən sonra qəbul edilib.
İngiltərə, Uels və Şotlandiyada yaşayan əhalinin demək olar ki, hamısı tarifindən asılı olmayaraq qiymətin endirilməsindən faydalanacaq. Lakin qənaətin məbləği ev təsərrüfatlarının enerji istifadəsindən asılı olaraq dəyişəcək.
Dəyişkən tariflərdə olan milyonlarla ailə üçün qaz və elektrik enerjisindən orta səviyyədə istifadə zamanı aylıq təxminən 10 funt sterlinq azalma gözlənilir. Bununla belə, enerji qiymətləri hələ də Ukraynadakı müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 30 faiz daha yüksəkdir. Eyni zamanda, əhalinin enerji borcları artıb və istehlakçılara əlavə qənaət imkanları üçün müxtəlif təklifləri müqayisə etmələri tövsiyə olunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Fevral 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















