Britaniyada sürücülük imtahanlarında fırıldaqçılıq halları artıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Yeni açıqlanan rəqəmlərə görə, İngiltərə, Şotlandiya və Uelsdə ötən il sürücülük üzrə praktiki və nəzəri imtahanlar zamanı fırıldaqçılıq halları təxminən 50 faiz artıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 2025-ci ilin sentyabrına qədər olan bir il ərzində sürücülük imtahanlarında 2 min 844 fırıldaqçılıq cəhdi qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 47 faiz çoxdur. Fırıldaqçılıq hallarının üçdə birindən çoxu texnologiyadan, əsasən Bluetooth vasitəsilə qulaqcıq və gizli telefondan istifadə ilə bağlı olub.
Eyni dövrdə 1084 nəfər nəzəri imtahanda qeydiyyatda olan namizədi təqlid etməyə cəhd göstərib. Daha 647 halda isə praktiki sürücülük imtahanına başqasının yerinə girmək cəhdləri aşkarlanıb. Sahə üzrə mütəxəssislər bunu ölkə üzrə imtahan qıtlığı ilə əlaqələndirir. Sürücülük və Nəqliyyat Vasitələri Standartları Agentliyi isə ümumi fırıldaqçılıq hallarının artması ilə yanaşı, aşkarlama mexanizmlərinin təkmilləşdirildiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 21 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















