Britaniyanın Baş naziri istefa verdi Gözyaşlarını saxlaya bilmədi
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən və Leyboristlər Partiyasının sədrliyindən istefa verdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Starmer istefa qərarını ofisinin qarşısında jurnalistlərə bildirib.
O, Kralla görüşdüyünü və istefa verdiyini bəyan edib.
Məlumata görə, hakim partiya daxilində son aylarda artan təzyiqlər və partiyanın reytinqinin aşağı düşməsi Starmerin qərarında əsas rol oynayıb.
"Telegraph"ın məlumatına görə, Kir Starmer Baş nazir vəzifəsindən istefa verdiyini elan edərkən göz yaşlarına yaxın olub. Dovninq Strit qarşısında çıxış edən Baş nazir bildirib ki, yeni Leyborist Partiyası lideri sentyabr ayına qədər seçiləcək.
Onun səsinin titrədiyi diqqət çəkib. O, çıxışında həyat yoldaşı Ledi Starmer və övladlarına təşəkkür edərək deyib: "Ölkənin ən böyük vəzifəsini tərk edərkən, ən vacib vəzifəyə - çətin və yaxşı günlərdə yanımda olan möhtəşəm həyat yoldaşım üçün mümkün olan ən yaxşı ər olmağa, oğlum Vik üçün ən yaxşı ata olmağa, mənim qürurum və sevincim olan gözəl övladlarım üçün daha çox vaxt ayıracağam".
Xatırladaq ki, Starmer təxminən iki il əvvəl böyük üstünlüklə seçkilərdə qalib gələrək ölkədə siyasi sabitliyin bərpa olunacağına dair vədlərlə hakimiyyətə gəlmişdi. Lakin son dövrdə onun reytinqi kəskin şəkildə aşağı düşüb. Partiya rəhbərliyi uğrunda əsas namizəd kimi Böyük Mançester meri Endi Börnham göstərilir. Börnham ötən həftə keçirilən əlavə parlament seçkilərində qalib gələrək İcmalar Palatasına qayıdıb və bununla da Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizəyə qoşulub. Müşahidəçilərin fikrincə, Börnhamın rəhbərliyə gəlməsi Böyük Britaniyada son 10 ildə yeddinci baş nazir dəyişikliyi ilə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 İyun 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















