Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Brüssel Budapeşt xətti: təsir mexanizmləri və alternativ model iddiası

Brüssel Budapeşt xətti: təsir mexanizmləri və alternativ model iddiası

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə ABŞ siyasi dairələrində səsləndirilən bəyanatlar, xüsusilə J. D. Vens tərəfindən irəli sürülən “xarici intellektual müdaxilə” iddiaları Avropa İttifaqı daxilindəki daxili siyasi gərginlikləri yenidən gündəmə gətirib. Bu müzakirələrin mərkəzində isə Avropa İttifaqı ilə Macarıstan arasında davam edən ziddiyyətlər dayanır.

Brüsselin siyasi, iqtisadi və institusional təsir alətləri, milli suverenlik xəttini prioritet götürən hökumətlərlə münasibətlərdə daha sərt şəkildə özünü göstərir. Eyni zamanda, Mərkəzi Avropada formalaşan alternativ siyasi yanaşmalar və bu ölkələrin türk dünyası ilə artan əlaqələri məsələyə yeni geosiyasi ölçü qazandırır.

Bu kontekstdə mövzunu Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Ruslan Zəngəzur bildirib ki,Brüsselin təsir mexanizmləri əsasən üç istiqamətdə cəmlənir: maliyyə rıçaqları, normativ-hüquqi təzyiq və informasiya mühiti üzərindən təsir:

“Birinci istiqamətdə Avropa fondları və subsidiya mexanizmləri vasitəsilə hökumətlərin davranışına təsir göstərmək cəhdləri müşahidə olunur.

İkinci olaraq, hüququn aliliyi və demokratik standartlar adı altında siyasi qərarlara müdaxilə xarakteri daşıyan monitorinqlər və sanksiya təhdidləri ön plana çıxır.

Üçüncü istiqamət isə media, akademik çevrələr və vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai rəyin formalaşdırılmasıdır”.

Onun sözlərinə görə, bu elementlərin kombinasiyası klassik hərbi müdaxilə olmasa da, hibrid təsir metodologiyasına uyğun gəlir. Lakin bunu tam mənada “müdaxilə” adlandırmaq üçün hüquqi əsaslar mübahisəli olaraq qalır, çünki bu mexanizmlər rəsmi inteqrasiya çərçivəsində həyata keçirilir.

Avropa İttifaqı daxilində Macarıstan, Çexiya və Slovakiya kimi ölkələrin milli maraq əsaslı siyasətinin Brüssel tərəfindən təhlükə kimi qəbul olunmasından danışan müsahibimiz qeyd edib ki, bu ölkələrin siyasəti Brüsselin inteqrasiya modelinə tam uyğun gəlmədiyi üçün sistemdaxili disbalans yaradır. Əsas məsələ odur ki, bu dövlətlər milli suverenliyi daha prioritet hesab edir və vahid qərar mexanizmlərində tam konsensusdan yayınırlar. Bu isə Avropa İttifaqının vahid siyasi xətt formalaşdırmaq qabiliyyətini zəiflədir.

Siyasi şərhçiyə görə, digər tərəfdən, bu yanaşma müəyyən mənada “suveren demokratiya” modeli kimi təqdim olunur:

“Bu model liberal institusional çərçivədən fərqli olaraq daha çox milli identiklik və daxili siyasi legitimliyə söykənir. Brüssel isə bunu sistem üçün potensial domino effekti yarada biləcək alternativ xətt kimi qiymətləndirir. Ona görə də bu siyasət yalnız daxili fərqlilik deyil, həm də institusional çağırış kimi qəbul olunur”.

R.Zəngəzur deyib ki, Macarıstanın türk dünyası ilə yaxınlaşması onun xarici siyasətində çoxvektorlu yanaşmanın gücləndiyini göstərir. Bu isə Avropa İttifaqının daxili koordinasiya mexanizmləri baxımından əlavə risklər yaradır. Xüsusilə enerji, nəqliyyat və ticarət marşrutları kontekstində alternativ geosiyasi platformaların güclənməsi Brüsselin maraqlarına tam uyğun gəlmir:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yeni iqtisadi və siyasi imkanlar açır ki, bu da Avropa mərkəzli inteqrasiya modelinə paralel xətt formalaşdırır. Brüsseldə əsas narahatlıq bu əlaqələrin gələcəkdə siyasi koordinasiyaya çevrilə bilməsi ehtimalıdır. Eyni zamanda, bu proses Avropa daxilində strateji loyallıq məsələsini də gündəmə gətirir. Bu səbəbdən Macarıstanın bu istiqamətdə aktivliyi diqqətlə izlənilir”.

“Corc Soros ilə əlaqələndirilən təsir alətləri  - QHT-lər, media və digər mexanizmlər vasitəsilə Macarıstana təzyiq iddialarını necə qiymətləndirmək olar” sualını cavablandıran həmsöhbətim bildirib ki, bu məsələ daha çox siyasi diskursun bir hissəsi kimi çıxış edir və müxtəlif tərəflər tərəfindən fərqli şəkildə şərh olunur. Doğrudur, beynəlxalq fondlar və QHT-lər müəyyən dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərirlər və bu fəaliyyət bəzən daxili siyasətə təsir kimi qiymətləndirilir. Ddiyinə görə, media və vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai rəyə təsir imkanları da danılmazdır:

“Lakin bu təsirin koordinasiyalı siyasi müdaxilə olub-olmaması barədə yekdil fikir yoxdur. Macarıstan hökuməti bunu milli suverenliyə təhdid kimi təqdim edir, qarşı tərəf isə bunu demokratik dəstək mexanizmi kimi izah edir. Reallıqda isə burada həm ideoloji, həm də geosiyasi maraqların toqquşması müşahidə olunur. Bu səbəbdən məsələni yalnız bir tərəfin prizmasından qiymətləndirmək obyektiv nəticə vermir”.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri