Icma.az
close
up
RU
Brüsseldə bir qrup siyasətçi sülhü pozmaq naminə Ermənistanı dəstəkləyir Politoloq

Brüsseldə bir qrup siyasətçi sülhü pozmaq naminə Ermənistanı dəstəkləyir Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Dekabrın 2-də Brüsseldə keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində qeyd olunub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə bu cür aqressiv şəkildə müdaxilə etməsi tamamilə yolverilməzdir:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün Strateji Gündəlik sənədini tənqid edib və yayılan bəyanatda milli maraqlarımız əks olunub. Çünki postmüharibə reallıqlarında tamamilə yeni geosiyasi və diplomatik münasibətlər formalaşıb. 8 avqust tarixində Ağ Evdə paraflanmış sülh müqaviləsi ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri sülhə, təhlükəsizliyə və sabitliyə dair qəti mövqe ortaya qoyublar. Sonrakı proseslərdə isə ciddi yaxınlaşma, dialoq və müxtəlif müstəvilərdə keçirilən görüşlərin əsas mahiyyəti xalqları böyük sülhə hazırlamaq olmuşdur. Təəssüf olsun ki, Brüsseldə bir qrup siyasətçi sülhü pozmaq naminə birtərəfli qaydada Ermənistanı dəstəkləyir. Avropa İttifaqının mülki missiyasının müddətini uzatmaq, Ermənistana siyasi və hərbi dəstək göstərmək niyyətləri açıq şəkildə özünü göstərir. Bu da regionda gərginliyi artıran məqamdır".

Onun sözlərinə görə, Avropa İttifaqı regional sülhün və təhlükəsizlik sisteminin dayanıqlı olmasına töhfə verməlidir:

"Bu cür birtərəfli qaydada Ermənistanın dəstəklənməsi Avropa İttifaqının regionda nüfuzunu da aşağı salır. Azərbaycanın Avropa İttifaqı müstəvisində danışıqlara neqativ yanaşması formalaşır və beləliklə, Avropa İttifaqı regionda qəbulolunmaz geosiyasi aktora çevrilir. Məhz bu buraxılan səhvləri aradan qaldırmaq üçün hesab edirəm ki, Avropa İttifaqı öz addımlarında korrektələr etməli, regionun əsas güc sahibi olan Azərbaycanın şərtlərini nəzərdən keçirməli və onlara riayət etməlidir. Əks təqdirdə, Ermənistanın dəstəklənməsi Avropa İttifaqını regionda arzuolunmaz geosiyasi güc mərkəzinə çevirəcəkdir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri