Bryansk vilayətində körpünün partladılması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Federasiyasının Bryansk vilayətində körpünün sərnişin qatarının üzərinə uçması nəticəsində xəsarət alanların sayı 97 nəfərə çatıb, bu barədə jurnalistlərə səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Onlardan 64-ü, o cümlədən dörd uşaq Bryansk, Moskva, Rusiya Dəmir Yolları və Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərindəki xəstəxanalardadır. Həkimlər biri uşaq olmaqla yeddi qurbanın vəziyyətini ağır qiymətləndirirlər.
Mayın 31-də axşam saatlarında Vıqoniçi-Pilşino hissəsində yol körpüsü sərnişin qatarının üzərinə uçub.Bryansk vilayətinin qubernatoru 7 nəfərin öldüyünü bildirib. Qatarda ümumilikdə 388 sərnişin olub.
İstintaq Komitəsi cinayət işi açıb; agentlik körpünün uçmasını partlayışla əlaqələndirir.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















