Icma.az
close
up
RU
BSU nun rektoru YAP ın gənc fəalları ilə görüş keçirib

BSU nun rektoru YAP ın gənc fəalları ilə görüş keçirib

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 31-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin  Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP-ın gənc fəalları ilə “Yeni dövrün Azərbaycanı” mövzusunda seminarı keçirilib.

Tədbirdə əvvəlcə Ümummili lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Açılış nitqi ilə qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutan seminarın xüsusilə Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini vurğulayıb.

Rektor Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin  müstəqilliyə gedən yolda tarixi xidmətlərini və müasir dövlətçiliyin möhkəmlənməsində oynadığı rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam Azərbaycan dövlətçiliyinin tarixi inkişaf yolunu və gələcəyə hədəflənən məqsədləri özündə əks etdirir. O, Konstitusiyanın preambulasında əksini tapan müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin dövlətin əsas dayaqları olduğunu vurğulayıb.

Rektor çıxışında 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı siyasi, hərbi və sosial reallıqlardan, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqının milli birliyinin bərpasında və dövlət müstəqilliyinin qorunmasında oynadığı həlledici roldan bəhs edib.

A. Nağıyev 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının ölkə müstəqilliyinin qorunmasında və inkişafında dönüş nöqtəsi olduğunu vurğulayıb. Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası XXI əsrin, III minilliyin partiyasıdır!” fikrini xatırladan rektor 1992-ci ildə YAP-ın təsis edilməsinin Azərbaycan siyasi tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb.

A.Nağıyev qeyd edib ki, 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü il antiterror əməliyyatları ilə isə ölkəmizin tam suverenliyi bərpa edilib”.

Sonda rektor bildirib ki, bu gün yeni dünya düzənində Azərbaycanın rolu daha da güclənir. “Ölkəmiz beynəlxalq münasibətlərdə fəal iştirakçıya çevrilib, regional və qlobal məsələlərdə söz sahibi olaraq müstəqil siyasət yürüdür. Bu uğurların əsasında güclü liderin iradəsi, milli birliyimiz, azərbaycançılıq ideologiyası və vətəndaş həmrəyliyi dayanır”, - deyən A.Nağıyev ölkə rəhbərliyinin gənclər qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışmağın vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarın yekununda çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər Azərbaycan gəncliyinin üzərinə yeni vəzifələr qoymuşdur. Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin əsas vəzifələrindən biri də ölkəmizin suverenliyinin qorunmasıdır. Belə bir məqamda “Yeni dövrün Azərbaycanı” mövzusunda seminarın keçirilməsi olduqca vacib və faydalıdır.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri