Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

BTQ: “Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir“

BTQ: “Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fransa süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə, müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir".

Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Qeyd edilib ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur:

"2019-cu ildə ərazinin daimi əhalisi 271 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 596 nəfərə enib. Son altı il ərzində Kanakidə əhali sayında 6 811 nəfərlik azalma qeydə alınıb. Bu geriləmə təxminən 2.5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1 200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir".

Bildirilib ki, Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin çəkisi isə azalır, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır:

"Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdud olması, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasında kütləvi miqrasiya meyllərinin güclənməsinin əsas səbəblərindən hesab olunur".

Vurğulanıb ki, Fransa tərəfindən məqsədyönlü həyata keçirilən Kanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktiv əhalinin kütləvi şəkildə digər ölkələrə köçürülməsi siyasəti yerli müstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə yönəlib:

"Həmçinin Yeni Kaledoniyada Kanak əhalisinin nisbətinin azaldılmasına, eyni zamanda, metropoldan gələn avropalı və digər miqrantların sayının artırılmasına və nəhayət, uzunmüddətli perspektivdə referendumlar və yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinə istiqamətlənib. Gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsi yerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinin Fransaya iqtisadi asılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxal asılılığı vasitəsilə maliyyə və resurs baxımından metropola bağlılıq dərinləşir. Eyni zamanda, fransız şirkətləri, xüsusilə nikel sektorunda fəaliyyət korporatsiyalar yerli əmək qüvvəsindəki azalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlar hesabına kompensasiya edə bilirlər. Fransa hökuməti bu siyasət vasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqları ört-basdır etməyə çalışırlar".

Qeyd edək ki, 2024-cü ildə "Çido" qasırğasının ağır zərbəsi ilə üzləşən Mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digər yüksəksəviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma və inkişaf vədləri hələ də yerinə yetirilməyib. Dənizaşırı ərazilər naziri Naima Mutçu 2026-cı il yanvarın 22-də Fransanın Mayot üçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bunun əhəmiyyətli hissəsinin xüsusi büdcə sətri ilə təmin olunacağını bəyan etmişdi. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2026-cı il fevralın 2-də qəbul edilmiş büdcədə Mayotun yenidənqurulması üçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdə tutulmayıb.

Nəticədə Fransa rəhbərliyi adanın ağır fəlakət sonrası vəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək verilmiş vədləri yalnız formal sənədlər səviyyəsində saxlayıb və Mayotun yenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksiz qalıb. Bu qərar Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərə qarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalinin mövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinə istiqamətlənmiş siyasətin bariz nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri