Icma.az
close
up
RU
BTQ: Kanak xalqının gələcəyi saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır

BTQ: Kanak xalqının gələcəyi saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Kanakinin müstəqillik hərəkatlarının nümayəndələri ilə Fransa hökuməti arasında imzalanmış Bujival razılaşması Yeni Kaledoniyanı müstəmləkə əsarəti altında saxlamaq xarakteri daşıyır və kanak xalqının müstəqillik mübarizəsinin prinsiplərinə ziddir".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Yeni Kaledoniyaya münasibətdə müstəmləkəçilik siyasətini davam etdirmək cəhdlərinin pislənildiyi bəyanatında yer alıb.

BTQ-nin bəyanatında qeyd olunub ki, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında Fransanın Yeni Kaledoniyaya sırımağa çalışdığı Bujival razılaşması qətiyyətlə rədd edilib:

"Qurultay iştirakçıları 1998-ci ildə imzalanmış Numea Sazişinın Yeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimi təsdiqləndiyini və Bujival razılaşmasının Numea sazişinin müddəalarına tamamilə zidd olduğunu bəyan ediblər.

Qeyd edək ki, FLNKS "Kanaki Sazişi" çərçivəsində ölkənin müstəqilliyini elan etməyi nəzərdə tutur. "Kanaki Sazişi" yol xəritəsi rolunu oynayan və 2025-30-cu illər arasında Yeni Kaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünü ehtiva edən bir hüquqi sənəd olacaq. Həmçinin Fransa ilə müvəqqəti münasibətlər də məhz bu saziş əsasında müəyyənləşəcək.

FLNKS-nin rəsmi sosial şəbəkə hesabında yayılan açıqlamada Bujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatın rəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Əlavə olaraq, kanak xalqının birliyi və qətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyinin müdafiəsi uğrunda mübarizənin davam etdiriləcəyi bidirilib".

Bəyanatda daha sonra Fransanın müxtəlif vasitələrlə Yeni Kaledoniyanı Bujival sazişi ilə şantaj etməyə çalışdığı vurğulanıb:

"Xatırladaq ki, Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valls 19-23 avqust aralığında Yeni Kaledoniyaya baş tutacaq səfəri çərçivəsində Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrə başlayacağını deyib.

Valls bildirib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniya siyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Fransalı nazirin Bujival sazişinə dair "alternativ mövcud deyil" bəyanatı isə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimi qiymətləndirilib.

2025-ci il avqustun 21-də Bujival razılaşmasının redaksiya komitəsinin iclası keçiriləcək. İclasda Manuel Vallsın razılaşmanı şərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi gözlənilir. Kanakların aydın və qəti mövqeyinə baxmayaraq, bu cəhd bəhs olunan sənədin Fransa tərəfindən onlara zorla qəbul etdirilməsi siyasətinin davamı hesab olunur".

Bakı Təşəbbüs Qrupunun bəyanatında kanak xalqının seçiminə hörmət ediləcəyi və dəstəklənəcəyi ifadə olunub. Eyni zamanda, kanak xalqının gələcəyinin saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb:

"Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçilik siyasətinin davamı kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququn fundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələb edir ki, kanak xalqının gələcəyi heç bir güzəşt və ya saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri