Icma.az
close
up
RU
Fransa hökuməti kanak gəncin ölümünü rəsmi statistikalarda niyə gizlədir? BTQ BƏYANAT YAYDI

Fransa hökuməti kanak gəncin ölümünü rəsmi statistikalarda niyə gizlədir? BTQ BƏYANAT YAYDI

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu il sentyabrın 3-də Fransanın "Le Monde" nəşrində "2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, 2024-cü il 13 may tarixində Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est penitensiar müəssisəsində məhkumlar qiyam qaldırıblar. Hadisə zamanı, təxminən, 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi məhkumlar tərəfindən girov götürülüb və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılıb. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda qeyd edilib ki, aparılan istintaqın nəticələri göstərir ki, hadisələr zamanı "Ceyms" şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib. Əldə olunan məlumatlara əsasən, "Ceyms" baş vermiş qiyamda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb. Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı "Ceyms" döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, "Ceyms"ə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib.

Məhkumların ifadələrinə əsasən, "Ceyms"in səsi son günlər ərzində xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, "Ceyms"in vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb.

Xatırladaq ki, Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilib. Tibbi xidmətlər əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən, Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilib.

"Ceyms"in ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar dövlət rəsmilərini, xüsusilə də hüquq-mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər.

"Le Monde" qəzetinin yaydığı məlumatlara əsasən, "Ceyms"in ölümü rəsmi statistikalarda qeyd olunmayıb.

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir:

Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaradıb. İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır. Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb olub. Nəticədə "Ceyms"in faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib.

Bakı Təşəbbüs Qrupu bu qətli pisləyən və qınayan açıqlama yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri