Icma.az
close
up
RU
“Bu adamlar avtoritetlərə görə bir birini öldürməyə belə hazırdır”

“Bu adamlar avtoritetlərə görə bir birini öldürməyə belə hazırdır”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdəki ictimai müzakirələrdə kriminal avtoritetlərə təmtəraqlı qəbirüstü abidələr qoyulması əsas mövzulardan biri olub. Bəziləri bu halları idealizə edir, digərləri isə buna kəskin etiraz.

“Bu, bir qədər subyektiv yanaşma tələb edən məsələdir. Çünki hər kəsin bu mövzuya özünəməxsus münasibəti ola bilər".

Bunu “Yeni Sabah”a jurnalist Aytən Məmmədova bildirib. Dominos pizza

"Sosial şəbəkələrdə dəfələrlə bu mövzu qarşıma çıxıb. Mənim fikrim fərqli ola bilər, amma kriminal avtoritetlərə rəğbəti olan çox sayda adam var və onlar bu məsələyə daha müsbət yanaşırlar”, - deyə o qeyd edib.

A.Məmmədova əlavə edib: “Məsələn, qəbiristanlıqda Rövsən Lənkəranski və digərlərinin xatirəsinə böyük abidələr qoyulduğunu görmüşəm. Həmçinin, Nadir Səlifovun (Lotu Quli - red.) abidəsini də sosial şəbəkələrdə gördüm. Bu baxımdan, dediklərim bir qədər subyektiv fikir kimi də qəbul oluna bilər.

Amma bir məqam var, həmin şəxslərə rəğbət göstərən insanların sayı kifayət qədər çoxdur. Onlar bəzən bu adamları müqəddəsləşdirirlər. Sosial şəbəkələrdə müzakirələrə baxanda görürəm ki, tərəfdarlar bir-birinə çox sərt, kəskin ifadələr işlədirlər. Hətta elə təəssürat yaranır ki, bu adamlar avtoritetlərə görə bir-birini öldürməyə belə hazırdırlar.

Nəinki abidə qoymaq, bəzən tərəfdarlıq məsələsi az qala qarşıdurma səviyyəsinə çatır. Bunun səbəbini tam izah edə bilmirəm. Ola bilər ki, burada təhsilin keyfiyyəti məsələsi ön plana çıxır. Məncə, bu mövzuda aparılan müzakirələrdə təhsilsizlik amili də mühüm rol oynayır”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri