Icma.az
close
up
RU
“Bu addım bütövlükdə Avropa İttifaqına ünvanlanıb” Bakı Paris münasibətlərində “yeni səhifə” açıla bilərmi?

“Bu addım bütövlükdə Avropa İttifaqına ünvanlanıb” Bakı Paris münasibətlərində “yeni səhifə” açıla bilərmi?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin xuliqanlıq ittihamı ilə Azərbaycanda həbs olunmuş bir Fransa vətəndaşını əfv etməsi, regionda diplomatik dinamikanın dəyişdiyini göstərən əlamətlərdən biri kimi dəyərləndirilə bilər. Bu humanist jest, Tiranada keçirilən Avropa Siyasi İcması çərçivəsində Prezident Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan isti görüşdən sonra baş verdi. Siyasi müşahidəçilərin fikrincə, belə görüşlər adətən səhnəarxası diplomatik təmasların nəticəsi olur.

Siyasi ekspert Fərhad Məmmədovun təhlilinə əsasən, Azərbaycan bu addımı təkcə Fransaya deyil, bütövlükdə Avropa İttifaqına (Aİ) ünvanlayıb. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbərliyinin təşəbbüsü ilə Estoniya Baş naziri Kaya Kallasın Bakıya səfəri və bu səfərin nəticəsində Azərbaycan-Aİ münasibətlərinin aktivləşdirilməsi, rəsmi Bakının prioritetlərini nümayiş etdirir: əsas tərəfdaş – Aİ-dir, lakin Aİ daxilində Fransa amilini də nəzərdən qaçırmaq olmaz.

F. Məmmədovun fikrincə, Brüssel ilk addımı atdı və Bakı bu jestə uyğun cavab verdi: “Bu isə o deməkdir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədən, əlaqələrin normallaşması üçün Aİ ilə münasibətləri pozulduğu nöqtədən bərpa etməyə çalışır. Ən vacibi isə Aİ bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik iddiası ilə çıxış etməyəcək, bu məsələ yalnız ikitərəfli formatda həll olunmalıdır. Azərbaycanın əsas hədəflərindən biri Fransa faktorunu Aİ-nin Cənubi Qafqaz siyasətindən kənarlaşdırmaq idi. Parisin uzun müddət ermənipərəst yanaşması, vasitəçilik iddiaları, hətta Ermənistan-Gürcüstan tandemi yaratmaq cəhdləri iflasa uğradı. Nəticədə Fransa bu gün regionda yalnız Ermənistanla əməkdaşlığa güvənə bilir. O da Avropa İttifaqının missiyası, hərbi-texniki sahədə yardımlar və diplomatik dəstəklə məhdudlaşır.”

F. Məmmədov qeyd edir ki, hazırda rəsmi Parisin Bakıdan nə istədiyi sual altındadır. Onun sözlərinə görə, əfv olunmuş fransız vətəndaşı həbsdə olan ilk şəxs deyil. 

"Azərbaycanda daha bir Fransa vətəndaşı "casusluq" maddəsi ilə həbsdədir. Üstəlik, Fransanın kolonial siyasətini ifşa etməyə yönəlmiş Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Parisdə ciddi narahatlıq doğurur,” – o, əlavə edib.

Fərhad Məmmədov Azərbaycanın Fransadan gözləntilərini belə sıralayıb:

-Fransa parlamentinin Qarabağla bağlı qəbul etdiyi qərəzli qətnamələrin ləğvi;

-Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərinə qarşı sabotaj fəaliyyətlərinin dayandırılması.

Lakin ekspertlərin fikrincə, Fransa parlamentinin qətnamələrinin ləğvi siyasi baxımdan real deyil. Eləcə də Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil. Bu qurum artıq institutlaşmış bir təşkilata çevrilib və beynəlxalq əlaqələrə malikdir. Bu isə o deməkdir ki, tərəflər arasında istifadə ediləcək "mövzu başlıqları" qalıcılıq daşıyacaq və tərəflər onları bir-birinə qarşı siyasi alət kimi istifadə edəcək.

F. Məmmədovun təhlilinə əsasən, ən real və həyata keçirilə biləcək ssenari Azərbaycan-Fransa münasibətlərinin sabitləşdirilməsi və tədricən normallaşdırılmasıdır: “Bu normallaşmanın əsas tendensiyası problemləri yalnız ikitərəfli çərçivədə saxlamaq və Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərini Fransanın dağıdıcı təsirindən azad etməkdir. Fransanın regionda Ermənistan yönümlü fəaliyyətini konstruktiv bir platformaya keçirmək Azərbaycan üçün asan olmayacaq. Ancaq son hadisələr bu məqsədin tamamilə əlçatmaz olmadığını göstərir. Əgər bu mümkün olmasa, Azərbaycan öz gündəmini həyata keçirmək üçün kifayət qədər diplomatik, siyasi və informasiya resurslarına malikdir.”

Rasim Əliyev
“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri