Icma.az
close
up
RU
Bu addım dövlətin vətəndaşa inamını, onun islah olunma potensialına verdiyi dəyəri nümayiş etdirir”

Bu addım dövlətin vətəndaşa inamını, onun islah olunma potensialına verdiyi dəyəri nümayiş etdirir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin humanist dəyərlər üzərində inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü xüsusi ictimai və hüquqi əhəmiyyət daşıyır. Sözügedən təşəbbüs ölkədə hüququn aliliyinin təmin olunması, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin sağlamlaşmasına yönəlmiş ardıcıl siyasətin növbəti nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edir. Suverenlik isə ölkənin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək, milli maraqları qorumaq və ərazi bütövlüyünü təmin etmək qabiliyyətidir. Xüsusilə son illərdə Azərbaycanın öz suveren hüquqlarını tam şəkildə bərpa etməsi bu anlayışların real məzmununu daha da gücləndirib. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi dövlətin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə verilən strateji önəmin bariz ifadəsidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Amnistiya institutunun hüquqi baxımdan dövlətin humanist siyasətinin mühüm alətlərindən biri olduğunu deyən deputat əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları illər ərzində minlərlə insanın cəmiyyətə yenidən inteqrasiyasına, sosial adaptasiyasına və normal həyata qayıtmasına şərait yaradıb: “Bu təşəbbüs cəzanın təkcə cəzalandırma deyil, həm də islah və tərbiyə məqsədi daşıdığını bir daha təsdiqləyir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi hüquqi dövlətin əsas prinsiplərindən olan mərhəmət, ədalət və fərdi yanaşma anlayışlarını ön plana çıxarır. Bu addım cəmiyyətə dövlətin vətəndaşa inamını, onun islah olunma potensialına verdiyi dəyəri nümayiş etdirir. Amnistiya qərarları təkcə hüquqi müstəvidə deyil, sosial baxımdan da mühüm nəticələr doğurur. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, onların əmək fəaliyyətinə cəlb olunması və cəmiyyətə faydalı fərdlər kimi formalaşması sosial sabitliyə və ictimai həmrəyliyə töhfə verir. Eyni zamanda, bu təşəbbüs penitensiar sistemin humanistləşdirilməsi və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində atılan ardıcıl addımların tərkib hissəsidir”.

J.Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquq islahatları sistemli və davamlı xarakter daşıyır: “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının etibarlı qorunması, cəza siyasətində diferensial yanaşmanın tətbiqi bu kursun əsas istiqamətlərindəndir. Amnistiya təşəbbüsü də bu strategiyanın mühüm elementlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycanın hüquqi, sosial və mənəvi dəyərlərinə söykənən dövlət siyasətinin parlaq nümunəsidir. Bu addım bir tərəfdən hüququn aliliyini və Konstitusiyanın üstünlüyünü təsdiqləyir, digər tərəfdən isə humanizm, mərhəmət və sosial ədalət prinsiplərinin dövlət idarəçiliyində prioritet olduğunu göstərir. Sözügedən təşəbbüs müasir Azərbaycan dövlətinin gücünün yalnız iqtisadi və hərbi deyil, eyni zamanda, hüquqi və mənəvi əsaslara söykəndiyini bir daha sübut edir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri