Icma.az
close
up
RU
“Bu Atatürkün dünyəvilik ideyalarına və Azərbaycan sevgisinə xəyanətdir“

“Bu Atatürkün dünyəvilik ideyalarına və Azərbaycan sevgisinə xəyanətdir“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Türkiyədə bəzi dairələr tərəfindən həyata keçirilən anti-Azərbaycan kampaniyası Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılanmaqdadır. Xüsusilə də, 13 sentyabr tarixində Azərbaycanın Ankaradakı səfirliyi qarşısında keçirilən aksiya, bu aksiya zaman səsləndirilən şüarlar böyük təəssüf hissi doğrumaqda, xalqımız tərəfindən məyusluqla qarşılanmaqdadır. 

Təəssüf doğuran nüanslardan biri Türkiyədəki anti-Azərbaycan qüvvələrinin dövlətimizin daxili işlərinə kobud şəkildə qarışmağa cəhd etməsi, təzyiq yolu ilə ölkəmizdəki proseslərə təsir göstərmək istəməsidir. Məhz bunun nəticəsidir ki, sentyabrın 13-də Azərbaycanın Ankaradakı səfriliyi qarşısında aksiya keçirən qüvvələr müxtəlif dini şüarlar və Azərbaycan haqqında böhtanlar səsləndiriblər. 

İşin daha acınacaqlı tərəfi isə aksiyanın “Hizb ut-Təhrir” təşkilatının Türkiyə qolu kimi fəaliyyət göstərən “Köklü değişim” hərəkatı deyilə mürtəce qüvvə tərəfindən gerçəkləşməsidir. Məlumat üçün qeyd edək ki, “Hizb ut-Təhrir” təşkilatının fəaliyyəti dünyanın bir çox ölkələrində rəsmən qadağan edilib. Buna səbəb təşkilatın zorakılığı təbliğ etməsi, terror və ekstremist fəaliyyətdə ittiham olunmasıdır. Azərbaycan kimi dünyəvi, mədəni bir dövlətin Ankaradakı səfirliyi qarşısındakı aksiyanın məhz “Hizb ut-Təhrir” kimi bir təşkilat tərəfindən keçirilməsi Türkiyənin özünün düşdüyü ağır mənəvi-siyasi durumun ciddiliyindən xəbər verir. 

Səfirliyimiz qarşısında baş verənlər qardaş ölkədə xurafat və zorakılığın müxtəlif adlar altında özünə yer etdiyini, öz varlığını sürdürməkdə davam etdiyini göstərir. Belə olmasaydı, İslamı tənqid edən kəslərin öldürülməsini belə məqbul hesab edən “Hizb ut-Təhrir” kimi təşkilatın, habelə onun “Köklü değişim” qolunun Türkiyədə fəaliyyətinə imkan verilməzdi. 

İkincisi, Türkiyədəki anti-Azərbaycan lampaniyası, eləcə də ölkəmizə yönəlik etiraz aksiyaları qardaş ölkədə cəhalət və xurafatın dünyəvilik dəyərləri üzərində açıq qələbə qazandığını, Türkiyənin faktiki olaraq dini dövlətə çevrilməkdə olduğunu göstərir. Bu isə Türkiyənin qurucusu Böyük Mustafa Kamal Atatürkün ideya və siyasi-mənəvi irsinə xəyanətdir. Xatırladaq ki, məhz Atatürk Türkiyədə xurafata qarşı mübarizədə qətiyyətli addımlar atmış, dünyəvi dövlət yolunda mühüm islahatlar həyata keçirərək dünyanın müasir dövlətəri ilə eyni cərgədə qərarlaşan bir dövlət formalaşdırmışdır. Lakin Azərbaycan əleyhinə kampaniya fonunda atılan addımlar qardaş ölkənin irəliyə deyil, geriyə doğru üz tutduğunu göstərir. Bu isə həm Türkiyə, həm də bütün türk dünyasının gələcəyi baxımından arzuedilməzdir.

Türkiyədə Azərbaycanı hədəf alan kampaniyanın keçirilməsinə, habelə, bu kampaniyanın mütəmadi şəkildə davam etməsinə, genişlənməsinə göz yummaq, həm də Atatürkün Azərbaycana olan sevgisinə xəyanət etmək deməkdir. Bu, müasir Türkiyənin Atatürkün mənəvi-siyasi irsi qorumaqda ciddi çətinlik çəkdiyini göstərir.

Şübhəsiz, Türkiyədə hansı aksiyanın keçirilməsindən, dövlətimiz haqqında hansı absurd şüarların səsləndirilməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə addımlamaqda davam edəcək. İki dövlət arsında əsrlərdir ki, formalaşan, bütün dünyaya nümunə olan qardaşlıq münasibətlərinə zərbə vuracaq fəaliyyətə görə isə məsuliyyət birmənalı şəkildə Türkiyənin üzərinə düşür. Ümid edirik ki, Türkiyə baş verənlərin fərqinə varacaq və gec də olsa, Azərbaycan əleyhinə kampaniyanın dayandırılmasını, ölkəmizə, Prezidentimizə qarşı böhtanlara son qoyulmasını təmin edəcək. 

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri