“Bu, Avropa üçün gözlənilən idi” Pistorius müttəfiqlərə çağırış etdi
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ-nin Almaniyadan 5000 Amerika əsgərinin çıxarılmasını elan etməsindən sonra Avropa müttəfiqlərini təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa çağırıb.
“AzPolitika” xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, Pistorius Amerika əsgərlərinin Avropada olmasıyla bağlı "bu bizim və ABŞ-nin maraqlarına uyğundur", - deyə bildirib.
Bununla yanaşı, nazir üçün ABŞ-nin addımı gözlənilməz olmayıb: "ABŞ-nin Almaniya da daxil olmaqla, Avropadan qoşunlarını çıxaracağı gözlənilən idi. Biz avropalılar təhlükəsizliyimiz üçün daha çox məsuliyyət daşımalıyıq".
Pistorius Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atmaqla "düzgün yolda" olduğunu söyləyib. ABŞ qüvvələri üçün Almaniya təxminən 35.000 aktiv əsgəri ilə Avropada ən böyük bazadır və əsas təlim mərkəzidir. Pentaqon cümə günü bildirib ki, qoşunların çıxarılması prosesi növbəti altı-on iki ay ərzində başa çatacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















