Icma.az
close
up
RU
Bu avtobus xətləri SATILIR

Bu avtobus xətləri SATILIR

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Bakıvaxtı.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 161, 162, 166, 108A, 118A, 218, 522A, 522B nömrəli şəhərətrafı, 51 nömrəli şəhərdaxili, Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Quba, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə, Şəki-Qəbələ, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 sentyabr 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba istiqamətlərində 6 lot üzrə sentyabrın 25-də, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə və Şəki-Qəbələ istiqamətlərində 6 lot üzrə sentyabrın 29-da, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir istiqamətlərində 5 lot üzrə oktyabrın 2-də, Paytaxtın 161 nömrəli (Əmircan qəsəbəsi – Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi – "Koroğlu" NMM), 166 nömrəli (Maştağa qəsəbəsi – Naxçıvanski küçəsi) və 218 nömrəli (Türkan qəsəbəsi – metronun "Əhmədli" stansiyası) şəhərətrafı marşrutları üzrə 4 lotda oktyabrın 6-da, paytaxtın 51 nömrəli (Bəkir Çobanzadə küçəsi – Polad Həşimov küçəsi) şəhərdaxili, 108A nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – Fatmayı bağları), 118A nömrəli ("Koroğlu" NMM – Zabrat qəsəbəsi), Sumqayıt şəhərinin 522A nömrəli (Sülh prospekti – Saray qəsəbəsi, Heydər Əliyev küçəsi) və 522B nömrəli (Sülh prospekti – Saray qəsəbəsi, 28 May küçəsi) şəhərətrafı marşrutları üzrə 5 lotda oktyabrın 9-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Avqust 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri