Icma.az
close
up
RU
Bu avtomobillər daha çox qəza riski yaradır Sürücülərə XƏBƏRDARLIQ

Bu avtomobillər daha çox qəza riski yaradır Sürücülərə XƏBƏRDARLIQ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda yol qəzalarının əsas səbəblər sırasında həm sürücü məsuliyyətsizliyi, həm də avtomobillərin texniki vəziyyəti xüsusi yer tutur. Statistikaya görə, hər il baş verən qəzalarda onlarla insan həyatını itirir, yüzlərlə şəxs isə müxtəlif dərəcəli xəsarət alır. Mütəxəssislər bildirirlər ki, yol təhlükəsizliyində yalnız sürücünün deyil, avtomobilin özü də mühüm rol oynayır.
Elə bu mövzu ilə bağlı nəqliyyat - eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, xüsusilə nasaz avtomobillər qəza törətmə ehtimalını artırır:
“Bir halda avtomobilin mühərrik, əyləc və ya idarəetmə sistemi tamamilə sıradan çıxır, bu da sürücünün nəzarəti itirməsinə səbəb olur. Digər halda isə texniki baxışdan keçmiş görünsə də, yanacaq sistemi, təkərləri və işıqlandırma qurğuları problemli olur. Belə avtomobillər də qəfil dayana və ya idarəedilməz hala gələ bilər”.
Ekspert qeyd edir ki, qəza riskini artıran yalnız nasazlıq deyil, həm də avtomobilin konstruksiya xüsusiyyətləridir. Onun sözlərinə görə bu avtomobillər də qəza riskini artırır:
“Köhnə istehsal ili olan, təhlükəsizlik yastığı və sabitlik sistemi (ESP) olmayan avtomobillər qəzalarda ölüm riskini artırır. Güclü mühərrikə malik idman avtomobilləri təcrübəsiz sürücülərin əlində daha ağır faciələrə yol aça bilər. Yolsuzluq üçün nəzərdə tutulmuş iri avtomobillər şəhər küçələrində manevr imkanlarını məhdudlaşdırır və toqquşmalar zamanı daha ağır nəticələr doğurur”, - deyə  o, bildirib.
Aslan Əsədov sürücülərin avtomobil seçərkən yalnız ucuz qiymətə və ya görünüşə deyil, texniki təhlükəsizlik göstəricilərinə diqqət etməsini vacib hesab edir:

 “Qəzaların əsas səbəblərindən biri də təhlükəsizlik kəmərinin taxılmaması, təkərlərin vaxtında dəyişdirilməməsi və işıq sistemlərinə laqeyd yanaşmadır. Sadə görünən bu məqamlar yollarda insanların həyatını xilas edə bilər”.
Mütəxəssislər hesab edirlər ki, təhlükəsizlik qaydalarına riayət olunmadığı və texniki baxış tələbləri ciddi icra edilmədiyi təqdirdə, yol qəzalarının qarşısını almaq mümkün olmayacaq.
Aygün Hüseyn, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri