Icma.az
close
up
RU
Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır Paytaxtın tıxac problemi

Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır Paytaxtın tıxac problemi

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Məlum olduğu kimi, bu ilin yanvar ayının 30-da ölkə başçısı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Sərəncamın 8.1.7.6.-cı bəndində dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil edilməsi 2025-2026-cı illərdə həyata keçirilməldir. Artıq 2025-ci ilin təxminən ¾-ü başa çatmaq üzrədir. “Dövlət Proqramı”nın təsdiq edilməsindən ötən 7 ay ərzində bu istiqamətdə hansı işlərin görüldüyü barədə ictimaiyyətə heç bir məlumat verilməyib.
Məlumat üçün bildirək ki, dünyanın bir çox böyük şəhərlərində iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili zamanı əsas diqqət yük avtomobillərinin və dövlət qurumlarının istifadəsində olan minik avtomobillərinin hərəkətinə yönəldilir.
Açıqlanan rəsmi statistika da onu göstərir ki, son illər paytaxt Bakıda sayları ən çox artan nəqliyyat vasitələri arasında yük avtomobilləri və dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobilləri ilk sırada yer alır.
Son 4 ildə Bakıda avtomobillərin ümumi sayı 15,5% artaraq 773 min 122 ədədə çatıb. Bu dövrdə yük avtomobillərinin sayı 16,2% artaraq 69 min 446 ədəd olub. Paytaxtda şəxsi minik avtomobillərinin sayı son 4 ildə 11,6% artdığı halda, dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobillərinin sayı 53,7% artıb.  Bunlardan başqa, son 4 ildə paytaxt ərazisində yük avtomobilləri ilə hər bir kilometrə görə daşınan yüklərin həcmi 2 dəfəyə yaxın artaraq 3,6 tondan 6,9 tona yüksəlib.
Aparılan müşahidələr onu göstərir ki, son zamanlar paytaxt ərazisində şəbəkə marketlərin sayı sürətlə artır. Bu marketlərdə satılan ərzaq məhsulları əksər hallarda vahid anbarda saxlanılır və gündəlik olaraq marketlərə daşınır. Bu da hər gün paytaxt yollarında yüzlərlə yük avtomobilinin hərəkət etməsi deməkdir. Eyni zamanda, onlayın ticarətin genişlənməsi nəticəsində qeyri-ərzaq məhsullarının da sifarişçilərə çatdırılması xidmətlərində artımlar müşahidə edilir. Təsadüfi deyil ki, son 4 ildə anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti sahəsində işləyənlərin sayı 78% artaraq 16 min 592 nəfər çatıb.
Qeyd etdiyimiz kimi, marketlərə ərzaq daşıyan və sifarişçiyə qeyri-ərzaq malları çatdıran avtomobillərin sayının sürətlə artmasına baxmayaraq, onların iş rejimini tənzimləyən heç bir qayda mövcud deyil. Bu cür avtomobilləri günün istənilən saatında paytaxt yollarında görmək mümkündür. 
Yük avtomobillərinin şəhər daxilində hərəkətini nizamlamaq üçün ən sadə yol isə onların iş rejiminin tənzimlənməsidir. Məsələn, iri supermarketlərə ərzaq gətirən maşınlar səhər erkən, insanların işə çıxmadığı saatlarda – 05:00-07:00 arası hərəkət edə bilər. İstisna olaraq çörək kimi bəzi ərzaq məhsullarını daşıyan avtomobillərin hərəkətinə günün digər saatlarında da icazə vermək olar. Onlayn ticarət zamanı sifariş edilən qeyri-ərzaq mallarını daşıyan avtomobillərə isə yollarda sıxlığın az olduğu saatlarda – 12:00-16:00 arası icazə vermək olar. İnsanların işə, məktəbə gedib gəldiyi saatlarda – səhərlər 08:00-10:00 arası, axşamlar isə 17:00-20:00 arasında isə bu cür yük avtomobillərinin hərəkəti tam şəkildə dayandırılmalıdr.
Qeyd edək ki, hazırda dünyanın bir çox böyük şəhərlərində yük avtomobillərinin hərəkəti vaxt və məkanla məhdudlaşdırılır. Məsələn, Tokioda supermarketlərə və dükanlara yük çatdırmaq üçün xüsusi saatlar təyin olunub. Nyu-Yorkda pik saatlarda (07:00-10:00 və 16:00-20:00) yük maşınlarının müəyyən küçələrə girişinə məhdudiyyət qoyulur.
Eyni zamanda, dövlət qurumlarında və şirkətlərdə çalışan şəxslərin minik avtomobillərindən istifadəsi azaldılmalıdır. Dövlət qurumları işçilərini ictimai nəqliyyatdan istifadəyə təşviq etməlidir. İctimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edən qurumların əhatə dairəsi genişləndirilməlidir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri