Icma.az
close
up
RU
Bu aydan qüvvəyə minəcək artımlar Yeni qərarlar da olacaq? Deputat açıqladı

Bu aydan qüvvəyə minəcək artımlar Yeni qərarlar da olacaq? Deputat açıqladı

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı sərəncam bu gündən qüvvəyə minib.

Milli.Az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edən bu sənədlə təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir.

"Yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da daxil olmaqla, təhsilin fərqli pillələrində təhsil alan vətəndaşlarımızın təqaüdləri artırıldı. 450 manatadək yüksələn artımlar Azərbaycanda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.

3 milyon vətəndaşımızı əhatə edən builki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq. Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq.

Aydındır ki, təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımından da vacib addımdır.

Sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılmasını məqsədəuyğun hesab edirik. Bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir.

Bütövlükdə, sosial təminat tədbirlərinin miqyasını nəzərə aldıqda, sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir", - Bayramov qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri