“Bu, Bakının haqlı hiddətini əks etdirir” Saakaşvili Gürcüstanı hakimiyyətin tənqid etdi
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, ölkənin indiki hakimiyyətini yalnız Qərb dövlətləri ilə deyil, həm də Azərbaycan və Ermənistanla olan əlaqələri zədələməkdə suçlayıb. O, hazırkı hökumətin regional və beynəlxalq münasibətlərə zərbə vurduğunu vurğulayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə o,"facebook" hesabında paylaşım edib.
Sabiq prezident Gürcüstanın Azərbaycan üçün problemlər yaratmağa başladığını bildirib: “Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mətbuatı haqlı olaraq bunda Rusiyanın təsirini görürlər. Ruslar Kiyevdəki Azərbaycan Səfirliyini bombalayır, burada isə marionetkaları vasitəsilə əlaqələrdə problem yaradırlar. Görünür ki, azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















