Icma.az
close
up
RU
“Bu baxımdan Trampın mövqeləri ilə İlham Əliyevin mövqeləri arasında yaxınlıq, əlbəttə, var...”

“Bu baxımdan Trampın mövqeləri ilə İlham Əliyevin mövqeləri arasında yaxınlıq, əlbəttə, var...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Bilirəm ki, yeni Ağ Ev administrasiyasıyla təmaslar mövcuddur və biz həmin təmasların nəticələrini qısa bir müddətdə görəcəyik...”

“Mən Trampın siyasi-ideoloji mövqeyini ənənəvi konservativ qüvvələrin mövqeyinə bənzəyən bir mövqe adlandırardım. Onun opponentləri olan neoliberallarla hansısa şəkildə qarşıdurması var. Və  neoliberlallar üçün hansısa prinsiplər  dövlətlərin suveren hüquqları və milli maraqlarından üstündür. Bu mənada Trampın da konseptual baxışı ondan ibarətdir ki, mən ABŞ prezidenti olaraq ilk növbədə öz dövlətimin maraqlarını müdafiə etməliyəm. Bu cür mövqelər Azərbaycana və onun dövlət başçısına da məxsusdur; istənilən beynəlxalq fəaliyyət, yaxud daxili siyasətin hansısa amillərini götürsək, onların əsas məqsədləri dövlətçiliyin güclənməsi, indiki gərgin geo-siyasi vəziyyətdə dövlət qarşısında, xalq qarşısında lazımi məqsədlərə nail olmaq və dövlətin, xalqın gücünü bu istiqamətdə səfərbər etmək, dövlətin maraqları üstün olmaqla ilk növbədə öz maraqları naminə dünya gücləri ilə münasibətlər qurmaq. Bu baxımdan Trampın mövqeləri ilə Azərbaycan rəhbərliyinin mövqeləri arasında yaxınlıq, əlbəttə, var”.

Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri Moderator.az əməkdaşının “Prezident İlham Əliyevin də ailə dəyərləri baxımından ökəmizə yaxın hesab  etdiyi Donald Trampın hakimiyyətə gəlməsindən sonrakı qısa müddətdə Azərbaycana qarşı beynəlxalq münasibətdə hansısa dəyişiklikləri hiss edilirmi?” sualını cavablandırarkən dilə gətirib.

“Eyni zamanda hesab edirəm ki,  sözügedən konseptual mövqeyi bölüşdürən bir çox digər dövlətlər də vardır. Və biz görürük ki, hakimiyyət başına gələndən sonra Trampın ilk addımları həm tənqid, həm də təqqdir olunur. Amma ümumiyyətlə, yeni ABŞ prezidentinin başlatdığı siyasətin hansısa nəticələrindən danışmaq hələ tezdir”, -deyə davamında siyasi şərhçi bildirib.

“Deməli, konkret olaraq Azərbaycana beynəlxalq münasibətdə yeniliklər hələ də hiss olunmur?” sualına isə keçmiş xarici işlər naziri belə cavab verib: 

“Azərbaycana münasibətdən danışarkən biz ilk növbədə baxmalıyıq ki, Birləşmiş Ştatların dövlət olaraq regiondakı maraqları nədən ibarətdir və həmin maraqların ödənilməsində ölkəmiz, dövlətimiz hansı rol oynaya bilər. Biz görürük ki, Azərbaycan kommunikasiya baxımından çox strateji bir mövqedədir. Və bizdən şimalda münaqişə var- Rusiya-Ukrayna müharibəsi gedir. Rusiya ilə münasibətlər heç də sadə deyil. Cənubda isə qonşumuz İrandır. Biz regionda yeganə dövlətik ki, qonşularımız həm Rusiya, həm də İrandır... ABŞ isə açıq şəkildə bəyan edir ki, onun üçün əsas strateji əhəmiyyət kəsb edən Mərkəzi Asiya ölkələridir. Buna səbəb odur ki, həmin ölkələrin Çinlə münasibətləri planetin o bölgəsi üçün strateji əhəmiyyət daşıyır. Və əgər belədirsə, Cənubi Qafqazda da Azərbaycan və Gürcüstan unikal bir xüsusiyyətə sahibdirlər. Çünki Çindən Qərbə gedən yolun Şərqində Azərbaycan, qərbində isə Gürcüstandır. İndi əgər Ermənistan bu layihələrə qoşulmaq  istəsə, o da burada hansısa yer tuta bilər. Amma nə qədər ki, Azərbaycanla konfrontasiya şəraitindədir buna nail ola bilməyəcək.  Və hesab edirəm ki, gələcəkdə Qərbin və konkret Amerikanın Azərbaycana münasibəti əsasən bu tezislər üzərində qurulacaq... 

İranı da yaddan çıxarmayaq. Çünki İranın da həm İsraillə, həm Avropa ilə, həm də ABŞ ilə çoxsaylı problemləri  var.  Azərbaycan da bununla bağlı müəyyən proseslərdə bu və ya digər  rol oynaya bilər. Ən azı  danışıqlar, kommunikasiyalar üçün hansısa əlaqələrin qurulmasında... Yəni bu baxımdan da biz hazırda çox unikal bir mövqedəyik. Azərbaycan-İsrail əməkdaşlığı və Amerikanın bu sahədə İsrailə dəstəyi və Azərbaycanın regional və qlobal projelərə qoşulması... 

Ənəvi olaraq geopolirik baxımdan bir NATO ölkəsi kimi Türkiyə ilə də əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Və bu da Azərbaycan üçün üstün amillərdən biridir... Yəni potensial olaraq bizim maraqlarımız geo-siyasi xüsusiyyətlərimiz Rusiya, İran, Çinlə yanaşı ABŞ üçün də maraqlıdır. Bu baxımdan söhbətimizin əvvəlində Azərbaycanın xarici siyasətinin qeyd etdiyim əsas məqsədlərini nəzərə alaraq çox aktiv siyasət aparmaq üçün potensial imkanlarımız mövcuddur. Və bu işlər artıq icra olunur. Mən bilirəm ki, yeni Ağ Ev administrasiyasıyla təmaslar mövcuddur və biz həmin təmasların nəticələrini qısa bir müddətdə görəcəyik...”

Sultan Laçın   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri