Bu cərimələr 300 manatdan 800 ə qaldırılır
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Çağırışçılar və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneə törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən sözügedən əmələ görə vəzifəli şəxslər 80 manatdan 150 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək cərimə edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Baxış sayı:143
Bu xəbər 14 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















