Icma.az
close
up
RU
SMM ə 800 verməkdənsə freelancerə 300 manat vermək məsləhətdir

SMM ə 800 verməkdənsə freelancerə 300 manat vermək məsləhətdir

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan da daxil olmaqla bir çox ölkədə kiçik və orta biznes iqtisadiyyatın onurğa sütununu təşkil edir. Bu biznesin əksəriyyəti məhdud resurslarla fəaliyyət göstərir və bir çoxu daha çox gəlir əldə etməyə çalışarkən xərclərin səmərəsiz idarə olunması səbəbilə zərərlə üzləşir. Xərclərin azaldılması təkcə qənaət etmək deyil, bu, daha yaxşı idarəetməyə, daha güclü maliyyə dayanıqlığına və daha sağlam böyüməyə aparan strateji bir addımdır.

AzPost biznes konsultant Çinarə Ağayeva ilə xərcləri daha səmərəli idarə etməyin yollarını müzakirə edib.

-Çinarə xanım, sahibkarların xərclərdə ən çox yol verdiyi səhv nədir?

-Kiçik və orta biznes sahibləri tez-tez gəliri artırmağa fokuslanırlar. Təcrübə göstərir ki, bir çox hallarda əsas problem qazancın itirilməsində yox, xərclərin səmərəsiz idarə olunmasındadır. Sahibkarlar çox vaxt “Pul qazanıram, amma qazanc görmürəm” deyirlər. Ən çox rast gəldiyim səhv deyə bilərəm ki, xərclərin qeydə alınmamasıdır. Sahibkarlar düşünür ki, “xatırlayaram”, “yadda saxlayaram”. Amma ay sonunda baxanda nə qədər pulun hara getdiyini dəqiq bilən olmur. Bəzən sadəcə çay, qəhvə, qablaşdırma kimi “kiçik” xərclər illik 5–6 min manata çatır. Kiçik xərclər isə diqqət edilmədikdə böyük yükə çevrilir.

-Kiçik büdcəli biznes üçün hansı xərclər optimallaşdırılmalıdır?
-Kiçik büdcəli bizneslə məşğul olanlar ilk növbədə reklam və əməkhaqqı xərclərini nəzərdən keçirməlidir. Məsələn, ayda 700–800 manat maaşla SMM meneceri saxlamaq yerinə, ayda 2 dəfə kontent paylaşımı edən bir freelancerlə 200–300 manat müqabilində işləmək mümkündür. Həmçinin, təchizatçılarla danışıqlar apararaq, endirimlər istənilə bilər. Bununla xərclərə 15–20% qənaət etmək olar.

-Texnologiyanın bu məsələdə rolu nə qədər önəmlidir?
-Texnologiya bütün sahələrdə olduğu kimi, biznesdə də önəmli rola sahibdir. Çox sadə misal deyim. Əl ilə satış qeydiyyatı aparan bir sahibkar gündəlik 30 dəqiqə itirirdi. Ona sadə bir POS sistemi tətbiqi tövsiyə etdik. Həm vaxta qənaət etdi, həm də məhsul dövriyyəsini izləyə bildi. Hər ay minlərlə manatlıq məhsul axını artıq daha şəffaf şəkildə görünür. Həm də səhvlər minimuma düşdü.

-Sizcə, xərclərə nəzarət biznesin böyüməsinə necə təsir edir?
-Bu çox maraqlıdır. Çoxları düşünür ki, qənaət etməklə biznesdə böyümək olmaz. Amma əslində, effektiv xərclər böyümə üçün sərmayə yaradır. Əldə etdiyiniz qənaəti daha strateji sahələrə yönəldirsiniz. Bunlar yeni məhsul xətti, əməkdaşların təlimi, onlayn platformaya keçid və sairdir. Həddindən artıq xərclərsə biznesi yerində saymağa məcbur edir.

-Real həyatdan bir nümunə paylaşa bilərsinizmi?
-Bəli, geyim mağazalarından birinin hər ay 600 manat reklam, 800 manat əmək haqqı və 1000 manat təchizat üzrə xərcləri vardı. Təhlillər göstərdi ki, sosial media reklamının ROI-si sıfıra yaxındır. Sahibkar reklam strategiyasını dəyişərək, freelance əməkdaşla işlədi və təchizatçını dəyişdi. Nəticədə 3 ayda 2000 manat qənaət etdi və həmin vəsaiti elektron ticarət saytının qurulmasına yatırdı. İndi satışlarının 35%-i onlayndandır.

-Sahibkarlara əsas mesajınız nə olardı?
-Xərcləri azaltmaq “az işləmək” demək deyil, daha səmərəli işləmək və pullarına dəyər qatmaq deməkdir. Hər sahibkar ayda bir dəfə sadəcə 1 saat vaxt ayırıb xərclərinə baxsa, 10% qənaət edə bilər. Bu da illik böyük fərq yaradır.

-Sonda, bu prosesi asanlaşdırmaq üçün nə tövsiyə edirsiniz?
-Hər kəsə sadə bir xərclər tablosu formalaşdırmağı məsləhət görürəm. Bunun üçün xüsusi elektron platformalar var. Hər ay sonunda bu tabloya baxıb “Nəyə pul xərclədim və nə qədərini geri aldım?” sualını cavablandırmaq sahibkarları daha düzgün qərar verməyə sövq edəcək. Yəni, xərcləri effektiv idarə etmək üçün böyük büdcələrə və ya texniki biliklərə ehtiyac yoxdur. Davamlı nəzarət, düzgün plan və sadə alətlər kifayətdir ki, kiçik bir biznes belə sağlam böyüsün.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri