Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Azərbaycanın regional gündəliyi: sabitlik, əməkdaşlıq və inkişafın yol xəritəsi RƏY

Azərbaycanın regional gündəliyi: sabitlik, əməkdaşlıq və inkişafın yol xəritəsi RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq media subyektlərinə verdiyi müsahibələr, sadəcə, cari siyasi gündəliyin izahı deyil, həm də dövlətimizin mövqeyinin, strateji hədəflərinin və regionun gələcəyinə baxışının təqdimatıdır. Bu müsahibələr dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini, müstəqil siyasətini və təşəbbüslərini birbaşa dövlət başçısının dilindən çatdırır. Onlar həm diplomatik alətlərdən biri, həm də informasiya siyasətinin vacib istiqamətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

O qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə xüsusi əhəmiyyət daşıyır. Müsahibədə ölkə Prezidenti sülh gündəliyi, Zəngəzur dəhlizi və TRIPP layihəsi, Qarabağda bərpa işləri və beynəlxalq tərəfdaşlıq mövzularında mühüm mesajlar səsləndirdi. Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgədə davamlı sabitliyin və inkişafın təmin olunması baxımından həyati əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bildirib ki, bu müqavilənin əldə edilməsi üçün əsas şərt Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların aradan qaldırılmasıdır.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə imzaladığı Bəyannamə regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qaldı. Dövlətimizin başçısı müsahibəsində vurğulayıb: “Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.

2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və bu çərçivədə Ermənistanla imzalanan sülh sazişi Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi olub. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir.

“Digər mühüm məsələ Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır.

Bu layihə Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirəcək, Ermənistanı tranzit ölkəyə çevirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaqdır. ABŞ Prezidenti Donald Tramp tərəfindən “TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adının verilməsi layihəyə beynəlxalq siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilib. Prezident İlham Əliyev deyib: “Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”.

Prezident İlham Əliyevin sözlərinə görə, bu dəhlizin reallaşması Ermənistanın da maraqlarına cavab verir, çünki ölkə tranzit haqqı qazanmaqla iqtisadi mənfəət əldə edəcək”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, ümumiyyətlə, Azərbaycan bu gün beynəlxalq hüquqa, dostluq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Ukraynanın ərazi bütövlüyünə dəstək, Türk Dövlətləri Təşkilatının inkişafına verdiyimiz töhfələr, qlobal enerji və nəqliyyat layihələrində liderliyimiz bunun ən parlaq sübutudur.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə, sadəcə, bir informasiya mübadiləsi deyil, həm də Azərbaycanın diplomatik strategiyasının açıq manifestidir. Bu çıxış həm ölkəmizin sülh gündəliyinə sadiqliyinin, həm də geoiqtisadi layihələrin reallaşdırılmasında fəal liderlik rolunun göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see218

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see142

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see139

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri