Icma.az
close
up
RU
“Bu cür insanlar “xoruz buraxırlar” Sabiq nazir Ayaz Salayevi “ağ yuyub, qara sərdi“

“Bu cür insanlar “xoruz buraxırlar” Sabiq nazir Ayaz Salayevi “ağ yuyub, qara sərdi“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov "YouTube” platformasında yayımlanan “VIII GÜN” adlı verilişin qonağı olub.

Eks nazir rejissor Ayaz Salayev haqqında bir sıra açıqlamalar verib və onu tənqid edib:

“Ayaz Salayev intellektual bir ziyalıdır. Mən onu gəncliyində görmüşdüm. Moskvadan gələndən sonra kino sahəsində çox gözəl verilişlər aparırdı. Bu gün də onu həmin sahənin mütəxəssisi kimi dəyərləndirirəm. Amma adam bir az həddini aşıb, başı çıxmadığı şeylərdən danışıb. Dil insanın yaratdığı ən böyük çevrilişlərdən biridir. Dil yarananda insanlar sürətlə inkişaf etməyə başladı. Yazı yarananda o inkişaf daha da sürətləndi. Bütün bunların mahiyyətini bilməyən insanlar danışanda bu cür “xoruz buraxırlar”. Ayaz bəyin türk və rus dilləri haqda dediyi iki fikir də yanlışdır. Əvvəla, rus dili Azərbaycan türkcəsinə təsir edir, özü də mənfi formada. Çünki rus məktəblərində oxuyanlar rusların qafası ilə danışırlar. Rusca oxuyanlar Puşkini, Dostoyevskini öyrənirlər, amma Dədə Qorqudu, Füzulini bilmirlər. Bu mənada, rus dili bizim milli zehniyyətimizə yeridilən ağır zərbədir”.

Firudin Cəlilov Ayaz Salayevin “rus dili bilməyənlər şəhərdə yaşamasın” fikrini belə şərh edib:

“Hər deyilənə reaksiya vermək olmaz, amma mən ümumi şəkildə bunu söyləyə bilərəm ki, ruslar Qafqaza gələndən sonra onların bizə vurduğu ən əsas zərər dilimizlə bağlıdır. Çünki həmin vaxta qədər Dərbənddən Suriyaya, Anadoludan Xorasana, Tiflisdən Mosula hər kəs ortaq türk dilində danışırdı. Min illərdir ki, bu belə idi. Rus gələndən sonra nə oldu? Türk dili sıxışdırıldı, rus dili ortağa çevrildi. Bir məsələni də qeyd edim ki, hər bir xalqda elit tayfa olur. Onlar da iki qrupa bölünür: milli qafalılar və geri qafalılar. Bütün dövlətlərdə xarici dilə üstünlük verənlər var ki, kəndlilərdən fərqləndiklərini bildirsinlər. Rusun bizə vurduğu ən böyük ziyan odur ki, türk dilini geniş mənada sıxışdırıb çıxartdı. Lakin əks fikirdə olan insanlar bir az dərin düşünsə, görərlər ki, rus dili bizim milli təfəkkürümüzə böyük ziyan vurur”.(Yenisabah.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri