Icma.az
close
up
RU
Bu dərmanlar bahalaşdı, istilik qiyməti 50% artdı Partiya sədrindən SƏRT SÖZLƏR

Bu dərmanlar bahalaşdı, istilik qiyməti 50% artdı Partiya sədrindən SƏRT SÖZLƏR

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Tarif Şurasının son qərarlarını kəskin tənqid edib. O bildirib ki, konstitusiyaya zidd şəkildə yaradılmış bu qurum əhalinin qəzəbini üzərinə çəkmək üçün alətə çevrilib.

Tribunainfo.az-ın xəbərinə görə, Natiq Cəfərli bildirib ki, Tarif Şurası bu dəfə 207 yeni dövlət qeydiyyatına alınmış, daha əvvəl qeydiyyatda olan isə 79 dərmanın qiymətini artırıb. Cəmi 3 adda dərmanın qiymətində endirim tətbiq edilməsi isə qərarın balanslı görünməsi üçün “insaflı davranış” görüntüsü yaratmaq cəhdidir.

REAL sədrinin fikrincə, Tarif Şurasının dərman qiymətlərinə müdaxiləsi bazarda ciddi problemlər yaradıb:

“Şura fəaliyyətə başlayandan bəri 300-ə yaxın orta və kiçik dərman şirkəti, nümayəndəlik bağlanıb. Rəqabət ölüb, inhisarçılıq artıb. Qiymətlər yüksəlib, lakin keyfiyyət kəskin şəkildə azalıb. Hökumət isə hələ də bu yanlış ‘tənzimlənən qiymət siyasətindən’ əl çəkmək istəmir”.

Natiq Cəfərli həmçinin istilik tariflərinə edilən son dəyişiklikləri də tənqid edib. Belə ki, Tarif Şurasının qərarı ilə əhali istehlakçı qrupu üçün istilik xidmətinin tarifi 1 Qkal üçün 14,6 manatdan 21 manata, sayğacsız abunəçilər üçün isə hər kvadratmetrə görə 0,3 manatdan 0,45 manata qaldırılıb. Bu da təqribən 50%-lik bahalaşma deməkdir.

O, “Azəristiliktəchizat” ASC-nin bu müddət ərzində xidmət keyfiyyətini 50% artırmadığını vurğulayaraq, qiymət artımının əsassız olduğunu bildirib:

“Təbii inhisarçı olan ‘Azəristiliktəchizat’ əhaliyə xidməti əhəmiyyətli dərəcədə yaxşılaşdırıbmı ki, qiymətlər bu qədər kəskin artırılıb? Əlbəttə, qərarı birbaşa hökumət yox, onun yerinə məsuliyyətdən yayınmaq üçün uydurulmuş Tarif Şurası verib”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri