Icma.az
close
up
RU
Bu dərmanların qiyməti qalxdı AÇIQLAMA

Bu dərmanların qiyməti qalxdı AÇIQLAMA

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Dərman istehsal etməyimizə baxmayaraq, təzə ildən yenə qiymərlərdə artım olub. Tarif şurasının yeni qərarına əsasən, yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Bəs niyə dərman vasitələri ucuzlaşmaq əvəzinə bahalaşır?

Bu barədə Tribunainfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, dərman vasitələrinin qiymətləri “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir.

Ekspertin sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilə bilər. Ölkəmiz dərman vasitələri və preparatlarını daha çox Polşa, Rusiya, Böyük Britaniya,Türkiyə kimi ölkələrdən idxal edir. Yerli istehsal olsa da tam tələbatı ödəmir və ya konkret olaraq hansısa dərmanın istehsalı yoxdur.

“Bu sahədə də idxaldan asılı olduğumuz üçün qiymət artımı təbii ki, normal haldır. İqtisadi cəhətdən hər hansısa bir uyğunsuzluq yoxdur. İdxal olunan ölkələrin də özünə görə inflyasiya səviyyəsi var. Məhsulun maya dəyərinə çəkilən xərc, işçinin əmək haqqısı və.s bu kimi xərclər də artır. Burda sadəcə uyğunsuzluq budur ki, xaricdə ucuz qiymətə satılan dərman vasitəsi və ya preparat ölkəmizdə qat-qat baha qiymətə satılır. Bunun qarşısını almaq lazımdır ilk növbədə. Kimsə xaricdən özü üçün artıq gətirə bilməz dərhal əlindən alınıb atılır gömrükdə. Vətəndaş məcbur qalır sosial şəbəkədə hansısa tanımadığı insanlardan xahiş edə vətənə gələn varsa hansısa dərmanı gətizdirir. Təqaüd alan yaşlı bilmir özünü dolandırsın ya 1 aylıq təqaüd pulunu dərmana versin. Əslində müəyyən yaş həddi üçün olan və ağır dərəcəli xəstə üçün dərman vasitəsi daha münasib qiymətə olmalıdır. Türkiyəni nümunə gətirsək həkim komputərə daxil edir, xəstəyə isə kiçik bir kağızda kod yazır sadəcə. Xəstə yaxınlaşır əczaxanay, icbari tibbi sığortası varsa, bəzi dərmanları icbari sıgorta ilə münasib qiymətə alır. İcbari Tibbi sığortası olmayanlar, resepti olmayanlar isə adi öz qiymətinə alırlar. Əgər vətəndaş dövlətə vergi verirsə onun səhhətində nasazlıq olanda da bu kimi dəstək xarakterli endirimlər təqdim etmək lazımdır”.

Dəniz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri