Icma.az
close
up
RU
“Bu əlaqələr mühüm nümunə ola bilər”

“Bu əlaqələr mühüm nümunə ola bilər”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd əş-Şara ilə öncə geniş tərkibdə, daha sonra isə ikili görüşü olub. Əhməd əş-Şaranın Azərbaycana səfəri gözlənilən idi. Belə ki, sonuncu dəfə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak edərkən Prezident Əhməd əş-Şara ilə görüşmüş, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışdı. Məhz həmin görüş zamanı ölkə başçısı suriyalı həmkarını Azərbaycana səfərə dəvət etmişdi. Əhməd əş-Şaranın Bakıya səfəri onun keçid dövründə rəhbərlik etdiyi Suriya üçün həm siyasi, həm də iqtisadi cəhətdən ciddi nəticələr doğura bilər. Məsələ təkcə neft və qaz sektorundakı potensial əməkdaşlıqda deyil, həm də regional əməkdaşlıq sisteminə Suriyanın yenidən inteqrasiya edilməsindədir. Bu prosesin lokomotivi isə məhz Azərbaycan ola bilər. Enerji bazarında strateji oyunçuya çevrilmiş bir dövlət olaraq Bakı Suriyanın enerji sektorunun bərpasında real və effektiv iştirakçı kimi çıxış edə bilər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

T.Rzayev əlavə edib ki, maraqlıdır ki, Azərbaycan Prezidenti ilə Əhməd əş-Şaranın Antalyadakı görüşü zamanı səsləndirilmiş bəzi fikirlər artıq konkret diplomatik addımlara çevrilir: “Misal üçün ölkə başçısı demişdi ki, “Azərbaycan Suriyanın bərpasında iştirak etməyə hazırdır”. Bu gün biz bu istiqamətdə də artıq praktik addımların atılmasının şahidi oluruq. Suriyanın təklif etdiyi əməkdaşlıq modeli isə, Azərbaycanın uzunmüddətli investisiya və strateji təsir dairəsini genişləndirməsi üçün əlverişli imkanlar vəd edir. Azərbaycanın neft və qaz sektorunda qazandığı təcrübə, bu sahədəki yüksək texnoloji biliklər və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin mövcudluğu Dəməşq üçün cəlbedici bir əməkdaşlıq modelidir. Artıq SOCAR Türkiyənin rəhbərliyi səviyyəsində də Suriyanın enerji sektoruna maraq açıq şəkildə ifadə olunub. Bu isə onu göstərir ki, Bakı bu məsələyə yalnız iqtisadi baxımdan deyil, həm də strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Azərbaycan bu prosesin aparıcı oyunçularından biri ola bilər”.

Onun sözlərinə görə, digər mühüm məqam, bu əməkdaşlığın Suriyanın uzun illər davam edən izoliyasiyasını qismən də olsa aradan qaldıra bilmə potensialıdır: “Azərbaycanla əməkdaşlıq, Suriyanı Qərb təsirindən uzaq, lakin səmimi və qarşılıqlı faydaya əsaslanan bir müttəfiqlə əlaqələndirə bilər. Bu isə Dəməşqin həm iqtisadi cəhətdən, həm də diplomatik baxımdan nəfəs almasına imkan yarada bilər. Eyni zamanda, bu səfərin yaratdığı ən mühüm simvolik mesajlardan biri də budur: Suriya artıq əvvəlki kimi riskli və xaotik bir məkan deyil. Əksinə, regionda ciddi oyunçular tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Əhməd əş-Şaranın Suriyada türkmən mənşəli II Korpus komandiri Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionlarının komandanı təyin etməsi, SOCAR-ın potensial fəaliyyəti üçün təhlükəsizlik zəmanətinin mövcud olduğunu göstərir. Bu qərar, həmçinin ölkə daxilində balansı qorumaq və azlıqlara mesaj vermək baxımından da əhəmiyyətlidir. Əlavə olaraq, İsrail faktoru da nəzərdən qaçmamalıdır. İsrailin Azərbaycanla yaxın strateji münasibətləri, Bakının bölgədəki yeni enerji əlaqələrində Təl-Əvivlə mümkün koordinasiyasını da aktuallaşdıra bilər. Hətta gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması ideyası real görünməyə başlayır. Bu isə regional dinamikanı tamamilə dəyişə və hətta Suriya–İsrail münasibətlərinin normallaşmasında vasitəçi rolunda Azərbaycanın çıxış etməsinə zəmin yarada bilər”.

Siyasi şərhçi həmçinin bildirib ki, Suriya tərəfi üçün isə bu səfər həm regional inteqrasiya, həm də iqtisadi reabilitasiya üçün yeni bir səhifədir: “Hərçənd ki, ölkə hələ də sanksiyalar, siyasi qeyri-müəyyənlik və təhlükəsizlik təhdidləri ilə qarşı-qarşıyadır, lakin Əhməd əş-Şaranın rəhbərliyi altında açılan bu yeni diplomatik cəbhə Suriyanın sabitliyə doğru atdığı addımların tərkib hissəsi kimi oxunmalıdır. Bütün bu reallıqlar fonunda deyə bilərik ki, Əhməd əş-Şaranın Bakıya səfəri sadəcə bir diplomatik addım deyil. Bu səfər, Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq yeni bir əməkdaşlıq arxitekturasının ilk təməl daşlarından biridir. Qarşılıqlı hörmət və ehtiyac üzərində qurulan bu əlaqələr gələcəkdə regionda balansı və sabitliyi möhkəmləndirə biləcək mühüm bir nümunə ola bilər”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyul 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri