Bu ərazidə su olmayacaq
Icma.az bildirir, Manset portalına istinadən.
Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə Manset.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 16-ı səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Bu ərazidə su olmayacaq
15 Noyabr 2024 12:42

