Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir...

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmə işi ictimaiyyətin diqqət mərkəzindədir. Sentyabrın 21-də keçirilən hazırlıq iclasında Ramiz Mehdiyevin prosesə onlayn qoşulması ilə bağlı müraciətinə baxılıb. Oktyabrın 5-də keçirilən prooses ictimaiyyətə və mediaya qapalı olub. 
Hakim Murad Aslanovun sədrlik etdiyi iclasda nələrin müzakirə olunduğu və Mehdiyevin hansı mövqe sərgilədiyi barədə məlumat verilməyib.
Maraqlıdır, son illər təqsirləndirilən şəxsin məhkəməyə onlayn qoşulması halları olubmu? Ümumiyyətlə qanunvericilikdə bu haqda nə deyilir?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin məhkəmə iclasına onlayn qoşulması qanunvericilikdə nəzərdə tutulmuş iştirak formasıdır.
“Azərbaycanda bu təcrübə illərdir ki, tətbiq olunmaqdadır. Buna görə təkcə onun məhkəmə zalına gəlməməsinə əsaslanaraq qanunu pozduğunu söyləmək doğru olmazdı. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin hazırda qüvvədə olan 51-3.4-cü maddəsi videokonfrans vasitəsilə iştiraka imkan verir. Qanun şəxsin səhhətinin vəziyyəti məhkəmə iclasında birbaşa iştirakını qeyri-mümkün etdikdə videokonfransdan istifadəyə yol verir. Lakin təqsirləndirilən şəxsin "səhhətimdə problem var" deməsi və onlayn iştirak etmək istəməsi kifayət etmir. Məhkəmə göstərilən səbəbləri yoxlamalı və əsaslandırılmış qərar qəbul etməlidir”.

Əliməmməd Nuriyev vurğulayıb ki, ahıl yaş sağlamlıq vəziyyətinin qiymətləndirilməsində nəzərə alına bilər, amma öz-özlüyündə avtomatik onlayn iştiraka əsas yaratmır.
“Onlayn iştirakın necə təşkil edilməsi də əhəmiyyətlidir. Təqsirləndirilən şəxs prosesi görüb-eşitməli, ifadə verməli, sualları cavablandırmalı və müdafiə hüququndan da istifadə edə bilməlidir. Onun şəxsiyyəti müəyyən edilməli, əlaqənin texniki keyfiyyəti təmin olunmalı, video yazı aparılmalı və protokol tərtib edilməlidir. Evdən qoşulma halında da bu tələblər qüvvədə qalır. Ramiz Mehdiyevdən əvvəl də belə halların olub-olmaması barədə konkret faktlar vardır. Ədliyyə Nazirliyinin məlumatına görə, 15 iyul 2020-ci ildən cəzaçəkmə müəssisələri üzrə məhkəmə proseslərinin videokonfrans vasitəsilə keçirilməsinə başlanılıb. Həmin ilin avqustunda artıq 400-ə yaxın işə bu qaydada baxıldığı açıqlanıb. Bunların sırasında cəzadan vaxtından əvvəl şərti azad edilmə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmə məsələləri də olmuşdur”.

Ə.Nuriyev daha sonra əlavə edib:
“Ramiz Mehdiyevin haqqında həbs qətimkan tədbirinin seçilməməsinin əsaslarından biri də o idi ki, onun səhhəti ilə bağlı problemi var və məhkəmə qərarı əsaslandırırsa, müdafiə hüququ təmin olunursa, onun onlayn iştirakı hüquqa uyğundur. Eyni vəziyyətdə olan hər bir şəxsə də həmin meyarlarla yanaşılmalıdır. Keçmiş vəzifəsi nə əlavə imtiyaz yaratmalı, nə də qanunda nəzərdə tutulan hüquqlardan istifadəyə mane olmalıdır. Hesab edirəm ki, məhkəmə bu məsələdə yetərli qədər əsaslar görərək bu qənaətə gəlmişdir”. 
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri