Bu ərazilərdə ÇOX GÜCLÜ ZƏLZƏLƏLƏR olacaq Yer yerindən oynayacaq, qardaş ölkə...
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
2026-cı ildə dünyada güclü və dağıdıcı zəlzələlərin baş verə biləcəyi ehtimalı beynəlxalq seysmoloji qurumlar və xarici media tərəfindən geniş müzakirə olunur.
Turkustan.az The Economist və CBS News nəşrlərinin materiallarına əsaslanaraq xəbər verir ki, mütəxəssislər dəqiq tarix və məkan göstərməyin mümkün olmadığını vurğulasalar da, tektonik fəallığın artdığı bir sıra bölgələrdə riskin yüksəldiyini bildirirlər. Aparılan elmi müşahidələr və son aylarda qeydə alınan güclü təkanlar göstərir ki, 2026-cı il seysmik baxımdan aktiv dövr ola bilər.
Xarici mediada ən çox diqqət çəkən bölgələrdən biri Yaponiyadır. Ölkənin Sakit okean sahillərində yerləşən aktiv fay xətləri, xüsusilə Nankai çökəkliyi ətrafında enerji yığılmasının davam etdiyi bildirilir. Yaponiya hökuməti və beynəlxalq ekspertlər “mega zəlzələ” ehtimalının mövcud olduğunu istisna etmir. Son dövrdə Hokkaydo və Honşu adası yaxınlığında 2025-ci ildə 7-dən yuxarı güclü zəlzələlərin baş verməsi və tsunami xəbərdarlıqları bu narahatlıqları daha da artırıb. Xarici KİV yazır ki, belə aktivliklər 2026-cı il ərzində daha güclü zəlzələlərin baş verə biləcəyinə dair risk siqnalı kimi qiymətləndirilir. Mənbələrə görə, 8 baldan böyük zəlzələ ehtimalının az olmasına baxmayaraq, regionun çox riskli olduğu vurğulanır.
Sakit okean “Alov halqası” üzərində yerləşən Filippin də riskli zonalar sırasında göstərilir. Son illərdə bu ölkənin sahillərində 7-dən yuxarı gücə malik zəlzələlərin qeydə alınması, ardıcıl afterşoklar və tsunami xəbərdarlıqları regionda seysmik gərginliyin yüksək olduğunu göstərir. Al Jazeera və digər beynəlxalq media orqanları isə bildirir ki, bu cür aktiv zonalarda böyük zəlzələlər adətən uzunmüddətli prosesin nəticəsi olur və 2026-cı ildə risk davam edir.
Avropa qitəsində isə Yunanıstan diqqət mərkəzindədir. Yerli və xarici seysmoloqlar ölkənin bəzi bölgələrində uzun müddət davam edən sakitliyin sona çatdığını və enerji toplanmasının kritik mərhələyə çatdığını bildirirlər. Xarici mediada yer alan proqnozlara görə, Yunanıstanın müəyyən seysmik zonalarında 2026-cı il ərzində güclü zəlzələ ehtimalı artıb.
Türkiyə də risk xəritəsində xüsusi yer tutur. Şimali Anadolu Fay Xətti boyunca gərginliyin hələ də boşalmadığı qeyd olunur. İstanbul və ətraf bölgələrlə bağlı xarici mütəxəssislər 7 və daha yüksək bal gücündə zəlzələ ehtimalının 2026-cı ilə qədər real olaraq qaldığını bildirirlər. Beynəlxalq elmi nəşrlər və universitet araşdırmaları bu bölgənin Yaxın Şərqin ən riskli seysmik zonalarından biri olduğunu vurğulayır.
Bundan başqa, Amerika qitəsində Kaliforniya, Meksika və Peru kimi bölgələrdə, eləcə də Mərkəzi Asiya və Sakit okean adalarında orta və güclü zəlzələlərin qeydə alınması qlobal seysmik fəallığın artdığını göstərir. Xarici analitiklər hesab edirlər ki, bu cür ardıcıl təkanlar böyük tektonik sistemlərin aktiv fazada olduğunu göstərən əlamətlərdir.
Mütəxəssislər bir daha xatırladırlar ki, zəlzələləri dəqiq tarix və məkanla proqnozlaşdırmaq elmi cəhətdən mümkün deyil. Lakin riskli bölgələr əvvəlcədən müəyyən edilə və hazırlıq səviyyəsi artırıla bilər. Xarici media və beynəlxalq seysmoloji qurumlar 2026-cı ildə yüksək riskli zonalarda yaşayan əhalini rəsmi xəbərdarlıqları diqqətlə izləməyə, fövqəladə vəziyyət planlarını hazır saxlamağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Yanvar 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















