Bu ərazilərdə sabah leysan yağacaq HAVA PROQNOZU
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidməti yayıb.
Mənbə qeyd edir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağış olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntı axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündü 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















