Icma.az
close
up
RU
Bu faydalarını bilsəniz, hər gün kətan toxumu istifadə edəcəksiniz

Bu faydalarını bilsəniz, hər gün kətan toxumu istifadə edəcəksiniz

Icma.az, Saglamolun saytına istinadən bildirir.

İnsanlar kətan toxumundan daima istifadə etmişlər. Kətan toxumunun bir çox müalicəvi təsirləri vardır.

Sağlamolun.az kətan toxumunun faydalarını təqdim edir:

Liflə zəngin, karbohidrat nisbəti aşağı

Kətan toxumunun ən əhəmiyyətli faydalarından bir də yüksək nisbətdə müsilaj tərkibli olmasıdır. Müsilaj suda həll olunan və bağırsaq yolu üçün olduqca faydalı lifdir. Müsilaj sayəsində qidalar mədədən nazik bağırsağa sürətlə keçə bilmir. Bu da qida qatılığını artırır. Eyni zamanda kətan toxumunda olan həlledilən və həlledilməyən liflər sütun detoksifikasiyasını və yağların əriməsini dəstəkləyir; şirniyyat istəyini azaldır. Gündə ən az 30-40 qram kətan toxumu kimi
lifli qidalar yeməlisiniz.

Sağlam dəri və saçlar

Sağlam dəri, saçlar və dırnaqlara sahib olmaq istəyirsinizsə, gündə 2 yemək qaşığı kətan toxumu və ya 1 yemək qaşığı kətan toxumu yağı qəbul edə bilərsiniz. Kətan toxumunda olan sağlam yağlar dəri və saçlara ehtiyacı olan yağı təmin edir. Bununla yanaşı, ehtiva etdiyi B vitamini dəri quruluğunun qarşısını alaraq çivzə, rosacea (gül xəstəliyi) və ekzema kimi xəstəliklərə yaxşı təsir edir. Kətan toxumu göz quruluğu sindromunu üçün də tövsiyə edilir. Gündə 1-2 yemək qaşığı kətan toxumu yağı qəbul edərək, dəri sağlamlığınızı dəstəkləyə bilərsiniz.

Çəkini azaldır

Aparılan araşdırmalara görə, kətan toxumu və qoz piylənmənin qarşısını alır və çəkinin azalmasına kömək olur. Kətan toxumunda olan sağlam yağlar və lif, uzun müddət tox tutaraq daha az kalori almaq imkanı verir. Həmçinin iltihabı azaldır. Çəkinizin azalmasını istəyirsinizsə, salatlarınıza, şorbalarınıza və yediyiniz istənilən qidanıza bir neçə çay qaşığı üyüdülmüş kətan toxumu qata bilərsiniz.

Xolesterolu aşağı salır

Mütəxəssislərin fikrincə, kətan toxumu yemək xolesterol səviyyəsini aşağı salır. Kətan toxumunda olan həll edilən lif, yağ və xolesterol həzm sisteminə yaxşı təsir edir.

Qluten ehtiva etmir
Qluten ehtiva edən taxılları antiiltihab kətan toxumu ilə əvəz edə bilərsiniz. Həmçinin dəniz məhsullarına allergiyanız varsa, kətan toxumu yaxşı bir Omega-3 qaynağıdır.

Antioksidant qaynağıdır
Kətan toxumu antioksidant tərkibi ilə yaşlanmanı gecikdirir, hormon tarazlığını təmin edir və sağlamlığımızı qoruyur. Antiviral və antibakterial xüsusiyyəti sayəsində nizamlı kətan toxumu yediyiniz halda soyuqdəymə və qripə daha az tutularsınız.

Həzm sağlamlığı
Kətan toxumu həzm problemlərindən əziyyət çəkənlər üçün olduqca faydalıdır. Bağırsaqlardakı iltihabı azaldır. Lif qaynağıdır. Qəbizliyin qarşısını almaq üçün 1-3 yemək qaşığı kətan toxumunu kök suyu ilə qarışdırıb içə bilərsiniz.

Menopauza simptomları

Kətan toxumunda olan lignanlar menopauza simptomları yaşayan qadınlar üçün olduqca faydalıdır. Estrogenik xüsusiyyəti olan kətan toxumu hormon müalicəsinə alternativ olaraq istifadə edilə bilərMenstruasiya nizamsızlığı yaşayanlar üçün ideal vasitədir. Kətan toxumu həmçinin sümük əriməsi riskini də azaldır. 1-2 yemək qaşığı kətan toxumunu 1 yemək qaşığı kətan toxumu yağı ilə birlikdə qarışdıraraq qəbul edə bilərsiniz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri