Bu FOTO Türkiyəni bir birinə qatdı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Ötən il Suriyada görülən TFF 3-cü Liqa komandası olan 52 Orduspor Futbol Klubuna məxsus köhnə komanda avtobusu "BBC News" reportajında yer alıb.
Milli.Az xəbər verir ki, "BBC News"un "Dəməşq rejimi İŞİD-lə əlaqəli məhbusların kütləvi qaçışını təsdiqlədi" başlıqlı reportajında istifadə edilən görüntülərdə 52 nömrəli Orduspor komandasının keçmiş avtobusu göstərilib.
İctimaiyyətə açıqlanan məlumatlara görə, avtobus əvvəllər Suriyanın müxtəlif bölgələrində görülmüşdü. Yeni görüntülər isə tezliklə sosial mediada trend mövzusuna çevrilib.
Qeyd edək ki, Suriyada aşkarlanan 52 nömrəli Orduspor Futbol Klubuna məxsus olduğu deyilən köhnə komanda avtobusu ilə bağlı daha əvvəl rəsmi açıqlama verilmişdi. 52 nömrəli Orduspor FK rəhbərliyi rəsmi olaraq ictimaiyyətə sözügedən avtobusun 18 dekabr 2024-cü ildə satıldığını bildirmişdi. Satışdan qısa müddət sonra nəqliyyat vasitəsi Suriyada görülüb və ictimaiyyət arasında təəccüb doğurub.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















