Icma.az
close
up
RU
Bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır IMF rəhbəri Bakını təriflədi

Bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır IMF rəhbəri Bakını təriflədi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) Sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında şəhərin heyrətləndirici memarlığını və mədəni zənginliyini qeyd edərək səmimi qonaqpərvərliyə və xoş ünsiyyətə görə təşəkkürünü bildirib.
“COP29 çərçivəsində Bakının canlı mənzərələri və səslərindən zövq almaq üçün vaxt ayırdım. Möhtəşəm memarlıqdan zəngin mədəniyyətə qədər, bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır. Səfərim zamanı göstərilən səmimi qonaqpərvərliyə və ilhamlandırıcı ünsiyyətə görə minnətdaram!”, – o yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşmüşdü.

seeBaxış sayı:22
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri