Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Hər il aprelin 22-də qlobal bir bayram - Beynəlxalq Yer kürəsi Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, həmin bayram 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 63-cü sessiyasında BMT-yə üzv olan 50-dən çox dövlətin birgə təşəbbüsü ilə A/RES/63/278 qətnaməsi ilə təsis edilib və 2010-cu ildən bəri hər il aprelin 22-də qeyd olunur.

Yer kürəsi Gününü aprelin 22-də qeyd etmək ənənəsi 1970-ci ildə ABŞ-da yaranıb və 1990-cı ildə beynəlxalq tədbirə çevrilib. Hər il bu gün müəyyən bir mövzuya həsr olunur. Bu il təqvim günü “Bizim gücümüz, bizim planetimiz” mövzusu ilə qeyd edilir. Həmin mövzu bərpaolunan enerjiyə keçidin sürətləndirilməsini və 2030-cu ilə qədər təmiz elektrik enerjisi istehsalını üçqat artırmaq üçün qlobal kollektiv fəaliyyətin təşviq edilməsini ön plana çəkir.

Təqvim günü Şimal yarımkürəsində yazda, Cənub yarımkürəsində isə payızda qeyd olunur. Həmin qlobal tədbirin əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin və ətraf mühitin problemlərinə cəlb etmək və bəşəriyyətin planetin qorunmasında üzləşdiyi çətinliklər haqqında məlumat əldə etməkdir.

Yer kürəsinin təxminən 4,5 milyard yaşı olduğu təxmin edilir. Əgər Yer kürəsinin ekvatoru boyunca gəzsəydiniz, təxminən 40.010 kilometr yol qət edərdiniz. Səthdən mərkəzə olan məsafə 6 min 378 kilometrdir. Litosfer cəmi 70 kilometrlik bir təbəqə əmələ gətirir, dərinliklərə doğru irəlilədikcə yarı maye və maye halları müşahidə edilir.

Kaliforniyadakı Ölüm Vadisi və Liviyada Əl-Əziziyyə adlı yer planetin ən isti məntəqələri üzrə rekorda malikdir. Əl-Əziziyyənin rekordu 57,8 dərəcə Selsi (1922-ci il sentyabrın 13-də), Ölüm Vadisinin rekordu isə 55,8 dərəcə Selsi (1913-cü il iyulun 10-da) təşkil edir.

Antarktida Yer kürəsinin ən soyuq yeri kimi tanınır. 1983-cü il iyulun 21-də Antarktidadakı Vostok Tədqiqat Stansiyasında -89 dərəcə Selsi temperatur qeydə alınıb.

Yer kürəsində minerallar inanılmaz dərəcədə zəngindir. Alimlər təxminən 4 min mineral növünü təsnif ediblər ki, bunlardan təxminən 200-ü praktik əhəmiyyət kəsb edir. Hər il 50-100 yeni mineral növü kəşf edilir.

Yer kürəsinin bir təbii peyki var — adi gözlə görünən Ay.

Hazırda təbiət əziyyət çəkir. Hər il planet 10 milyon hektar meşə sahəsini itirir və təxminən bir milyon heyvan və bitki növü artıq məhv olmaq təhlükəsi ilə üzləşir. Plastik çirklənmə okeanın turşulaşmasına səbəb olur. İqlim dəyişikliyi, təbiətdə insan tərəfindən törədilən dəyişikliklər, meşələrin qırılması, yanğınlar, torpaq istifadəsinin dəyişdirilməsi, intensiv əkinçilik və heyvandarlıq, brakonyerlik kimi biomüxtəlifliyi pozan qəbuledilməz hərəkətlər planetin məhvini sürətləndirir.

Ekosistemlər Yer kürəsindəki bütün həyatı dəstəkləyir. Ekosistemlərimiz nə qədər sağlam olarsa, planet və onun sakinləri bir o qədər sağlam olar. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğun aradan qaldırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer kürəsi Günü bizə hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırlatmaq məqsədi daşıyır.

Yer kürəsi Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə bizim böyük ümumi evimizə minnətdarlığını bildirmək imkanı verir.

Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masa ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.

Müxbir – Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri