Icma.az
close
up
RU
Bu gün biz Qarabağa üzüağ, alnıaçıq, qürurla daxil oluruq

Bu gün biz Qarabağa üzüağ, alnıaçıq, qürurla daxil oluruq

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Zamanı idarə edən, qabaqlayan, hadisələrin önündə gedən, zamanı ardınca çəkən və zamana hökm edən ideya diplomatiyası ilə zaman axışını dəyişdirə bilən, istiqaməti öz millətinin və dövlətinin xeyrinə yönəldə bilən liderlər var.
Həyatda elə düşüncələr və dəyərlər var ki, zaman onlara təslim olur. Böyük düşüncələr isə heç vaxt zamanla yox olmur, əksinə, zamanı öz ardınca aparır.
Belə liderlər fitri istedada və tanrısal gücə malik olan, zamanı idarə etməyi bacaran şəxsiyyətlərdir. Onlar tarixin yaratdığı imkanlardan və yaranan münbit şəraitdən istifadə edərək zamanın əsirinə çevrilmir, əksinə, onun yaradıcısına çevrilirlər.
İlham Əliyev — Azərbaycan üçün əbədi təqvimlər, unudulmaz saatlar, dəqiqələr və saniyələr yaradan dövlət başçısı statusunu qazandı.
Bütün dövrlər ərzində hakimiyyət nüfuzundan, səlahiyyətindən qətiyyətlə və müdrikcəsinə istifadə edən, Qarabağ tarixini yazan, torpaq nisgilinə son qoyan, Vətən həsrətini bitirən Ali Baş Komandan, cənab İlham Əliyev milli həmrəyliyi, birliyi və milli ideologiyamızı formalaşdıraraq xalqımızın necə uca, yenilməz və qürurlu olduğunu bütün dünya siyasətinə nümayiş etdirdi və Azərbaycanı layiq olduğu səviyyəyə yüksəltdi.
Zamanı ardınca aparan dövlət başçısı — qəhrəmanları, ordusu və komandası ilə birlikdə bütövləşmə və qüdrətli dövlət anlayışını, Vətənə xidmət fəlsəfəsini strateji şəkildə dövlət siyasətimizin əsas prioritetinə çevirdi. Zamanı tamamlamaqla, onu idarə etməklə — çünki illər boyu bizə qarşı yönəlmiş ögey münasibətin, düşmənçiliyin və soyqırım siyasətinin bünövrəsini quran, taktikasını cızan yalançı “demokratların” çəkdiyi xəritəni yandırdı.
Özümüzə layiq bir siyasi xəritəni dünyanın siyasi landşaftına daxil etdik.
Bu gün biz Qarabağa üzüağ, alnıaçıq, qürurla daxil oluruq.
Yurdları dağıdan, kəndləri viran qoyan, məscidlərin izini belə silməyə çalışan terrorçu, vandal düşüncəli siyasi dələduzlara öz yerlərini göstərdik.
Aparılan quruculuq, yenidənqurma və bərpa işləri regionda bir şəfəq kimi parlayacaq.
Zamanı hər zaman düzgün yönəldə bilmək və onun acı nəticələri ilə üz-üzə qalmamaq üçün formalaşdırdığımız həmrəyliyi qorumaq, bir yumruq kimi birləşmək və mütərəqqi düşüncə ilə irəliləmək bizim yolumuzu açıq və işıqlı edəcək.
Yeri gəlmişkən, iradəsi, qətiyyəti, diplomatiyası, müdrikliyi və prinsipiallığı ilə regiona yeni nəfəs gətirən Cənab İlham Əliyevi Qurban Bayramı münasibətilə “YENİ XƏTT" Siyasi Tədqiqatlar Mərkəzi adından səmimi qəlbdən təbrik edirik.
Odlar Yurdu Azərbaycanımızın şanlı bayrağını həmişə yüksək zirvələrdə dalğalandırmaq üçün möhkəm can sağlığı və uğurlar arzulayırıq.
Ramil Hüseynov, “YENİ XƏTT" Siyasi Tədqiqatlar Mərkəzinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri