“Bu gün demək olar ki, bütün məsələlərdə razılığa gələcəyik” Tramp görüşdən sonra
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Bu gün təhlükəsizlik məsələləri də daxil olmaqla, demək olar ki, bütün məqamlarda razılığa gələcəyik. Düşünürəm ki, danışıqlarımızdan sonra sülh sazişi bağlana bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşdən sonra deyib.
ABŞ prezidenti Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üçün təhlükəsizlik təminatları ilə razılaşacağına əminliyini ifadə edib. O qeyd edib ki, avropalıların iştirakı ilə keçiriləcək görüşdə təminatlar çərçivəsində nələrin ediləcəyi, eləcə də ərazilərin mümkün mübadiləsi müəyyən ediləcək.
Zelenski də öz növbəsində Trampla görüşü çox yaxşı adlandırıb və ərazi məsələləri də daxil olmaqla bütün məsələlərdə həll yolunun tapılacağına əmin olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:“Ümid edirəm ki, Netanyahu ilə razılığa gələcəyik” Tramp
29 Sentyabr 2025 16:56
Biz razılığa gələcəyik və Ukrayna… Tramp
28 Fevral 2025 21:36
Tramp dediyindən dönmür: “Qrenlandiya ilə razılığa gələcəyik”
26 Yanvar 2025 22:25
Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik
22 Aprel 2025 22:20
Tramp bu gün generallarla görüşdən sonra mühüm bəyanat verəcək
30 Sentyabr 2025 09:24
Baxış sayı:45
Bu xəbər 18 Avqust 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















