Bu gün Əfv Komissiyası iclası keçirilib Baxılan müraciətlərin sayı 400 ü keçib
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.
Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bugünki iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. "Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".
Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Əfv Komissiyasında baxılan müraciətlərin sayı açıqlandı
05 Mart 2025 16:19
Əfv komissiyasının iclasında baxılan müraciətlərin sayı açıqlandı
27 Fevral 2025 17:24
Əfv Komissiyası bu gün toplanacaq
27 Fevral 2025 10:10
Bu gün Əfv Komissiyası yenidən TOPLAŞACAQ
12 Mart 2025 10:50
Əfv Komissiyası yenidən TOPLAŞIR
05 Mart 2025 10:30
