Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir!
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Cənab Prezident bunu ölkəmizin həyatında əhəmiyyətli hadisə və əlamətdar bir gün kimi qiymətləndirib. Qeyd edib ki, enerji potensialımızı gücləndirəcək bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.
Bu gün qlobal enerji sistemi sürətlə dəyişən bir mərhələyə qədəm qoyub. İqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq öhdəliklər enerji keçidini dünya gündəminin əsas mövzularından birinə çevirib.
Azərbaycan bu gün beynəlxalq arenalarda təkcə karbohidrogen resurslarının ixracatçısı kimi deyil, eyni zamanda bərpa olunan enerji sahəsində yeni qlobal gündəm formalaşdıran bir ölkə kimi çıxış edir. Külək, Günəş və perspektivli hidrogen layihələrinin inkişafını hədəfləyən "yaşıl keçid" strategiyası ölkənin enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.
Ölkəmiz regionda yaşıl enerjinin istehsalına ən çox sərmayə cəlb edən ölkədir. Son bir neçə ildə Azərbaycanda yaşıl enerji istehsalına 1 milyard ABŞ dollardan çox investisiya yönəldilib. Bu vəsait yalnız Azərbaycanda deyil, həm də regionda yaşıl enerji effektivliyinin artırılmasına və enerjidən səmərəli istifadəyə töhfə verir. Bütün bunlar Azərbaycanın yaşıl enerji və enerji effektivliyinin gücləndirilməsində regionda lider ölkələrdən biri olduğunun baris göstəricisidir.
Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilir. Ölkəmiz transmilli enerji bazarlarında özünəməxsus yer tutur və Avropanın enerji təhlükəsizliyində fəal iştirakedir.Bütün bunlar Azərbaycan Respublikasının regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Son illərdə Azərbaycan yaşıl enerji sahəsində innovativ layihələr həyata keçirir və ölkəmizin enerji sektorunda alternativ enerjinin payı sürətlə artır. Yaxın müddətdə Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 09 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















