Bu gün Qarabağ komandasının üzvləri Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcəklər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 iyun, AZƏRTAC
Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşləri olacaq.
AZƏRTAC xəbər verir ki, komanda üzvləri ilk olaraq Şuşa stadionunda şəhər sakinlərinin qarşısına çıxacaq.
Daha sonra Xankəndidə Qarabağ Universiteti ilə tanışlıq olacaq, eləcə də təhsil ocağının tələbələri ilə görüş keçiriləcək.
Ardınca "Qarabağ" təmsil etdiyi Ağdama yollanacaq. Burada şəhər sakinləri ilə görüş və "İmarət" Kompleksinə baxış keçiriləcək.
Qarabağda son dayanacaq isə Füzuli olacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüşəcək komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkəcəklər.
Bu mövzuda digər xəbərlər:Şuşa, Xankəndi və Füzulidə atəşfəşanlıq oldu VİDEO
08 Noyabr 2024 22:41
Qarabağ ın üzvləri Xankəndi şəhərinə səfər ediblər
25 İyun 2025 11:45
Qarabağ ın üzvləri Şuşada sakinlərlə görüşüblər
25 İyun 2025 10:30
Xankəndi, Şuşa, Laçında hərbi yürüş keçiriləcək
07 Noyabr 2024 16:57
Baxış sayı:138
Bu xəbər 25 İyun 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















