Icma.az
close
up
RU
Bu gün siyasətçi və dövlət xadimi Əlimərdan bəy Topçubaşovun doğum günüdür

Bu gün siyasətçi və dövlət xadimi Əlimərdan bəy Topçubaşovun doğum günüdür

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanın ictimai fikir tarixində əhəmiyyətli yeri olan, siyasətçi Əlimərdan bəy Topçubaşovun doğum günüdür. Onun anadan olmasından artıq 163 il ötür.

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov 1862-ci ilin bu günü, yəni mayın 4-də Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. Orta təhsilini elə bu şəhərdə alıb.

1888-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakıda Azərbaycan mətbuatının banisi, Həsən bəy Zərdabinin qızı Pəri xanımla evlənib. 10 ilə yaxın Bakıda vəkil kimi fəaliyyət göstərən Ə.Topçubaşov 1898-ci ildən "Kaspi" qəzetində çalışıb.

Onun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi altında 1905-ci ilin avqustundan başlayaraq Rusiya şəhərlərində Ümumrusiya müsəlmanlarının qurultayları keçirilib. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən nümayəndələr iştirak edib.

Topçubaşov bir vəkil kimi təkcə Azərbaycanda yox, bütün Rusiyada məşhur idi.

O, Peterburq məhkəmələrində vəkil kimi çıxış edib öz həmvətənlərinin dəfələrlə azadlığa buraxdırılmasına nail olmuşdu. 1917-ci ildə baş vermiş fevral burjua-demokratik inqilabından sonra Ə.Topçubaşov yeni yaranmış Azərbaycan Milli Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib.

1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Respublikası elan olundu. Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya məxsus olmayan, bitərəf Fətəlixan Xoyskinin (1875-1920) Baş nazir olduğu kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunub və elə həmin ay Gəncədən Türkiyəyə göndərilib.

Ə.Topçubaşov Amerika, İngiltərə, Türkiyə, İran və başqa dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar aparıb.

Birbaşa Amerika prezidenti Vudro Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş edib.

Ancaq Türkiyə və Azərbaycandan torpaq iddiasında olan Ermənistan nümayəndələri və rus şovinistləri bu təşəbbüsləri pozmağa çalışıblar.

Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin San-Kloyd rayonunda vəfat edib və orada torpağa tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri