Icma.az
close
up
RU
Bu gün Xalq yazıçısı Qılman İlkinin doğum günüdür

Bu gün Xalq yazıçısı Qılman İlkinin doğum günüdür

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Xalq yazıcısı, görkəmli ədib Qılman İlkinin doğum günüdür.

AZƏRTAC anadan olmasından 111 il ötən tanınmış nasirin ömür yolunun və yaradıcılığının bəzi məqamlarına yenidən nəzər salıb.

Qılman İlkin Musayev 1914-cü il aprelin 28-də Mərdəkanda anadan olub. İbtidai məktəbi Mərdəkanda alan Qılman İlkin 1926-cı ildən 1929-cu ilədək Bakı şəhərindəki 18 nömrəli pedaqoji texnikumda təhsil alıb, əmək fəaliyyətinə Xaçmazın Əhmədoba kəndində müəllim kimi başlayıb. 1931-ci ildə Bakıya qayıdan Q.Musayev bir il “Gənc işçi” qəzetində ədəbi işçi kimi işləyib, sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1936-cı ildə ali məktəbin dil-ədəbiyyat fakültəsini bitirən Q. İlkin İkinci Dünya müharibəsi başlanana qədər “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor, müvəqqəti direktor vəzifələrində çalışıb. Müharibə vaxtı İranda hərbi müxbir kimi fəaliyyətini davam etdirib. Təbrizdə çıxan “Vətən yolunda” qəzetində əməkdaşlıq edib. 1953-cü ildən 1963-cü ilədək müddətdə Nizami yubiley komitəsində elmi katib, Bakı Dövlət Universitetində müəllim, “Azərnəşr”də baş redaktor olub. Sonra “Azərbaycan” jurnalında baş redaktor, “Azərnəşr”də direktor işləyib.

Ədəbi yaradıcılığa “Yaralı şahin” adlı hekayəsi ilə başlayan Q.İlkin 1947-ci ildə “Həyat yollarında” adlı ilk kitabını nəşr etdirib. Eyni adlı povestdə müəllif görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun uşaqlıq illərinin maraqlı, yaddaqalan lövhələrini yarada bilib. 1949-cu ildə hekayələrdən ibarət ikinci kitabı nəşr edilib, sonra Q.İlkin daha məhsuldar çalışaraq “Üçtəpə uşaqları”, “Sahil küçəsində”, “Yazılı daş”. “Qalada üsyan” kitablarını yazıb. Axırıncı əsər müəllifinə daha çox şöhrət qazandırıb və onun motivləri əsasında uşaqların və böyüklərin çox sevdiyi “Yenilməz batalyon” filmi çəkilib. Onun qələmindən çıxan “Şah və qarışqa”, “Şimal küləyi”, “Tapşırıq”, “Sərvinazım mənim”, “Ömrün oğlan çağları”, “Dağlı məhəlləsi”, “Tayqa nağılı”, “Dəniz qapısı” və s. kitabları bu gün də maraqla oxunur.

Qara Namazov yazırdı: “Q.İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmişimiz və Vətəndaş müharibəsi deyil, dinc quruculuq illərində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin və bu gününün öyrənilməsi və s. geniş və ətraflı təsvir, tərənnüm olunmuşdur”. Mövzusu və ideyası bugünkü baxımdan məqbul görünməsə də, Qılman İlkinin sənətkarlıqla qələmə alınmış əsəri “Şimal küləyi”dir. Burada xalqımızın keşməkeşli tarixinin müəyyən, hələ düzgün şərhi verilməyən illərinin bədii mənzərəsi vardır.

Q.İlkinin “Üçtəpə uşaqları”, “Ömrün oğlan çağı” povestlərində də gənclərin, yeniyetmələrin arzu və düşüncələri, onların mübarizələrdə bərkiyən həyatı ön plana gətirilmişdir. Qılman İlkinin yaradıcılığında hekayə janrı mühüm yer tutub. O, yığcam bir süjetlə öz qəhrəmanlarının daxili aləmini açmağa nail olub.

“Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini də Qılman İlkin yazıb. Görkəmli yazıçı xidmətlərinə görə bir çox fəxri adlar, orden və medallarla mükafatlandırılıb.

Yazdığı dəyərli əsərlərlə əbədiyaşarlıq qazanan yazıçı 2009-cu il noyabrın 6-da dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri