Bu hadisə də cəzasız qalsa, artıq Rusiyaya getmək təhlükəli olacaq Aslan İsmayılov
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Rusiya tərəfinin bu günə qədər bizim vətəndaşlarımıza qarşı edilən vəhşiliklərə görə üzr istəməməsi, cinayəti törətmiş insanabənzərlərin cinayət məsuliyyətinə alınmaması tək rəhmətə gedənlərə, xəsarət alanlara qarşı yox, ilk növbədə Azərbaycan Dövlətinə, Hakimiyyətinə qarşı hörmətsizlikdir və cavabsız qalmamalıdır".
Sitat.info xəbər verir ki, bunu vəkil Aslan İsmayılov sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, Çeçenistan rəhbərliyi ilə Rusiya güc strukturları arasında yaranan münasibətlərin düşmənçilik səviyyəsində olması sirr deyil:
"Azərbaycan sərnişin təyyarəsinin Qroznı səmasında vurulması və dərhal sonra cinayət izinin itirilməsi üçün Kadırov bandasının etdikləri həyasızlıqlar, insan ağlına sığmayacaq dərəcədə vəhşi hərəkətləri Kadırov erasının sonunu gətirə bilər. Bunun üçün Rusiya rəhbərliyində, xüsusilə güc strukturlarında bir az cəsarət və vicdan lazımdır. Bu hadisə də cəzasız qalsa artıq Rusiyaya nəinki təyyarə ilə, quru yol ilə getmək də təhlükəli olacaq. Hələlik isə hesab edirəm ki, Rusiyaya uçan təyyarələrin sayı və istiqamətləri ciddi dərəcədə azaldılmalıdır".
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















